Karyera Festivalı keçiriləcək

Hit: 191
Karyera Festivalı keçiriləcək
Bakı Dövlət Universitetində (BDU) Dövlət Məşğulluq Agentliyinin təşkilatı dəstəyi ilə 30 aprel – 1 may tarixlərində Karyera Festivalı keçiriləcək.
 
Festivalın keçirilməsində məqsəd tələbə və məzunların əmək bazarına çıxışını asanlaşdırmaq, işəgötürənlərlə əlaqələrin qurulmasını təmin etməkdir.
 
Festivalın ilk günü ölkəmizin 100-dən artıq nüfuzlu şirkətinin iştirakı ilə Karyera Sərgisi təşkil olunacaq. Tədbirin ikinci günü isə müxtəlif mövzularda “workshop” və panel müzakirələr keçiriləcək.
 
Festivala gələnlər özləri ilə CV-lərini götürməlidirlər. CV-si olmayan şəxslər BDU-nun Karyera və məzunlarla əlaqə sektoruna müraciət edə bilərlər.
 
Festivalda iştirak üçün qeydiyyatdan keçmək mütləqdir.
 
Qeydiyyat üçün son tarix: 29.04.2024
 
Qeydiyyat linki : https://forms.gle/8d2AMX9icVXnhQz7A








Redaktorun seçimi