Gəncədə növbəti yaşıllaşdırma aksiyası keçirilib

Hit: 194
Gəncədə növbəti yaşıllaşdırma aksiyası keçirilib

“Yaşıl Dünya naminə Həmrəylik İli” çərçivəsində Gəncədə növbəti yaşıllaşdırma aksiyası keçirilib

Gəncə şəhər ərazisində müxtəlif növ bitkilərin, yaşıllıqların sayının artırılması istiqamətində həyata keçirilən aksiyalar davam etdirilir.

Yaşıllaşdırma aksiyası bu dəfə Xan Bağında və Azərbaycan Bayrağı küçəsində aparılıb. Sözügedən ərazilərdə MKTİB-nin əməkdaşları tərəfindən geran, tagetis, xanna, viola və papatiya gülləri əkilib, mövcud və yeni əklillərə aqrotexniki qulluq göstərilib, suvarılması təmin olunub. 
 
Qeyd edək ki, Gəncədə “Yaşıl Dünya naminə Həmrəylik İli” çərçivəsində yaşıllaşdırma aksiyası mütəmadi olaraq davam edəcək.








Redaktorun seçimi