SAP-nin Azərbaycan üzrə nümayəndəsi AzTU-da seminar keçib

Hit: 112
SAP-nin Azərbaycan üzrə nümayəndəsi AzTU-da seminar keçib
Məlumat informasiya sistemləri sahəsində ixtisaslaşmış Almaniyanın məşhur SAP şirkətinin Azərbaycan üzrə baş direktoru Anar Əliyev Azərbaycan Texniki Universitetində (AzTU) seminar keçib.
 
İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri üçün təşkil edilən seminarda SAP mütəxəssisi kimi formalaşmaq üçün mövcud tələbələr, SAP-nin yerli və qlobal bazarlarında təcrübə fürsətləri müzakirə edilib. Həmçinin SAP Universitet Alyanslarının qlobal meneceri Yuri Kuprianov görüşə onlayn formatda qatılaraq tələbələri maraqlandıran sualları cavablandırıb.
 
Qeyd edək ki, AzTU 2024-cü ildən etibarən Qlobal SAP Universitetlər Alyansının üzvüdür və şirkətlə birgə mütəmadi tədbirlər həyata keçirir.








Redaktorun seçimi