ECAR layihəsi çərçivəsində hesabat konfransı keçirilib

Hit: 113
ECAR layihəsi çərçivəsində hesabat konfransı keçirilib
“Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi çərçivəsində hesabat konfransı keçirilib. Konfransda 28 yerli ali təhsil müəssisəsindən, Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən,  Dövlət Məşğulluq Agentliyindən, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyadan, həmçinin layihənin xarici partnyorları olan Litvanın Mykolo Romero Universitetindən, İsveçin Kral Texnologiya Universitetindən, Belçikanın EFMD təşkilatından ümumilikdə 100-dən çox nümayəndə iştirak edib.
 
Tədbirdə Azərbaycan Texniki Universitetini (AzTU) beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov, Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları Mətanət Paşayeva, Nubar Fərhadzadə və Karyera və Məşğulluq Mərkəzinin baş mütəxəssisi Ülviyyə Rəsulova təmsil edib.
 
Konfransın əsas məqsədi layihə çərçivəsində fəaliyyət göstərən komitələrin hesabatlarının dinlənilməsi və müvafiq müzakirələrin aparılması olub.
 
Hesabat məruzələri dinlənildikdən sonra “Erasmus” Azərbaycan Ofisinin rəhbəri Pərviz Bağırov çıxış edərək həyata keçirilən beynəlxalq layihələrin Azərbaycan ali təhsilinin hərtərəfli inkişafı baxımından önəmindən bəhs edib.
 
Layihənin xarici tərəfdaşları qismində isə Litvanın Mykolo Romerio Universitetinin  tədris işləri üzrə prorektoru Regina Valutytė və Belçika EFMD təşkilatının beynəlxalq layihələr üzrə direktoru Kristofer Terrase çıxış edərək layihə barəsində öz təəssüratlarını bölüşüblər.








Redaktorun seçimi