Mediatorlar Azərbaycanın Belarusdakı səfirliyində olub

Hit: 436
Mediatorlar Azərbaycanın Belarusdakı səfirliyində olub
23 aprel 2024-cü il tarixində Azərbaycan Respublikasının Mediasiya Şurasını təmsil edən peşəkar mediatorlardan ibarət nümayəndə heyəti Azərbaycan Respublikasının Belarus Respublikasındakı səfirliyini ziyarət ediblər.

Nümayəndə heyətini qəbul edən cənab səfir Məhərrəm Əliyev mediatorlarla səfirlikdə görüşündən məmnun olduğunu qeyd edib.

Görüş zamanı mediatorların səfərinin məqsədi, əldə edilmiş uğurlar, təcrübə mübadiləsi proqramı barədə səfirin diqqətinə məlumat çatdıran Mediasiya Şurası İntizam Komissiyasının sədri, Bakı 8 saylı Mediasiya Təşkilatının rəhbəri Mayıl Əhməd səfirə Mediasiya Şurası adından xatirə hədiyyəsi təqdim edib, ona qəbul üçün xüsusi təşəkkür edib.
Sonda Mediasiya Şurasının nümayəndə heyəti səfirlə xatirə şəkli çəkdirib.








Redaktorun seçimi