Mediatorların Belarus Respublikasına səfəri başlayıb

Hit: 415
Mediatorların Belarus Respublikasına səfəri başlayıb
23-25 aprel 2024-cü il tarixində Azərbaycan Respublikasının Mediasiya Şurasını təmsil edən peşəkar mediatorlardan ibarət nümayəndə heyətinin Belarus Respublikasına səfəri başlayıb.
Səfərdə ölkəmizi təmsil edən nümayəndə heyətinə Mediasiya Şurası İdarə Heyətinin qərarı ilə Mediasiya Şurası İntizam Komissiyasının sədri Mayıl Əhməd rəhbərlik edir.

Eyni zamanda nümayəndə heyətinin tərkibinə mediatorlar Natavan Muradova, Aybəniz Səmədova, Musa Ramazanov, Orxan Mahmudov, Qabil Əsgərov, Radik Kazımov, Raul İsmayılov, Rövşən İsmayılov, Rüstəm Məhərrəmov, Ülkər Zülfüqarova və Vüsalə Tağıyeva daxildir.
 
Səfər çərçivəsində mediatorlardan ibarət nümayəndə heyəti Mediatorlar üçün ixtisasartırma kursunun proqramının elmi direktoru Liliya Vlasova ilə görüşəcək, yazıçı, ədəbi mükafat laureatı, mediator-təlimçi İrina Krasovskayanın “Ədəbi fantastika vasitəçiliyin öyrədilməsi və təbliği üsulu kimi” mövzusunda master-klassı və psixoloq, mediator Marina Boykonun “Ailə vasitəçiliyində sistem bürcləri” master-klassında iştirak edəcək, Mediasiya və Danışıqlar Mərkəzinin tələbələrinin iştirakı ilə təhsil vasitəçiliyinin nümayişi ilə tanış olacaqlar. Nümayəndə heyəti eyni zamanda Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Belarusdakı Azərbaycan diasporunun fəalları ilə, Azərbaycan Respublikasının Belarus Respublikasındakı səfirliyi və Belarus Dövlət Universitetinin Hakimlərin, Prokurorluq, Məhkəmə və Ədliyyə Müəssisələri işçilərinin Yenidənhazırlanma və Təkmilləşdirmə İnstitutunun rəhbərliyi ilə də rəsmi görüşlər keçirəcək.








Redaktorun seçimi