“Vergilərin əhəmiyyəti və vacibliyi barədə nağıllar” yazı müsabiqəsinə start verilir

Hit: 199
“Vergilərin əhəmiyyəti və vacibliyi barədə nağıllar” yazı müsabiqəsinə start verilir
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “Vergilərin əhəmiyyəti və vacibliyi barədə nağıllar” yazı müsabiqəsində iştirak etməyə dəvət olunursunuz.
 
Müsabiqədə qalib gəlmiş nağılların (komikslər, manqalar və s.) seçilərək Dövlət Vergi Xidməti tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar müxtəlif elektron və dövri nəşrlərdə dərc olunacaq.
 
Qeyd olunan mövzuda nağılları (komikslər, manqalar və s.) 15.05.2024-cü il tarixinədək [email protected] e-mail ünvanı vasitəsilə Dövlət Vergi Xidmətinə təqdim etməyiniz xahiş olunur.
 
Mətn:
 
- “Vergilər” mövzusunda olmalı;
 
- Azərbaycan, rus və ya ingilis dilində yazılmalı;
 
- İki vərəqdən çox olmamalıdır.
 
Müraciətdə nağılın müəllifinin adı, soyadı və atasının adı, təhsil aldığı müəssisə, yaşadığı ünvan qeyd olunmalıdır.
 
Müsabiqədə orta məktəb şagirdləri iştirak edə bilərlər.








Redaktorun seçimi