“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”

Hit: 190
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
Şirvan Apellyasiya Məhkəməsində təqsirləndirilən şəxs barəsindəki hökmdən verilmiş apellyasiya şikayətinə baxılıb.
 
Bu barədə e-huquq.az-a vəkil Sübhan Əliyev məlumat verib.
 
Vəkil qeyd edib ki, hüquqlarını müdafiə etdiyi şəxsə Azərbaycan Respublikasında çox nadirən rast gəlinən bəraət əldə olunub: “Şirvan Apellyasiya Məhkəməsində təqsirləndirilən şəxs barəsindəki hökmdən verilmiş apellyasiya şikayətinə baxılıb və şikayət təmin edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şəxs 5 il 6 ay müddətində azadlıqdan məhrum edilmişdi. İbtidai istintaq zamanı yol verilən qüsurlar, rəsmiləşdirilmənin düzgün aparılmaması şahid ifadələri, anten dairəsi məlumatlar, ekspert rəyi və toplanılan digər sübutlar əsasında aşkara çıxarılmışdır. Şirvan Apellyasiya Məhkəməsində keçirilən prosesdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ittihamedici hökmü ləğv edilərək, şəxsə bəraət verildi. Mən cinayət təqibi orqanı tərəfindən yol verilən 26 qüsuru aşkara çıxararaq hüquqlarını müdafiə etdiyi şəxsin təqsirsizliyini sübuta yetirdim. Tərəfimdən təqdim edilən bütün sübutlar qiymətləndirildi və tam ədalətli olaraq məhkəmə bəraət qərarı çıxardı. Şəxsin əməlində residiv cinayətlərinin əlamətləri olması səbəbindən ittiham hökmünün çıxarılması apellyasiya məhkəməsində əsassız hesab edildi.
 
S.Əliyev hesab edir ki, belə ədalətli qərarların qəbul edilməsi vətəndaşların məhkəmə hüquq islahatlarına inamının artırılmasında böyük rol oynayır: “Təqsirsiz şəxslərin əsassız olaraq azadlıqdan məhrum edilməsinin azalması Şirvan Apellyasiya Məhkəməsinin fəaliyyətinin göstəricisidir. İnam Kərimovun Ali Məhkəmənin sədri olduqdan sonra həyata keçirdiyi məhkəmə hüquq islahatları və mütəmadi olaraq monitorinqlərin təşkili ədalətli, obyektiv, qərəzsiz məhkəmə araşdırmasına şərait yaradan haldır”.








Redaktorun seçimi