Azərbaycan Texniki Universitetində əmək yarmarkası keçirilib

Hit: 202
Azərbaycan Texniki Universitetində əmək yarmarkası keçirilib
Aprelin 17-də Əmək və Əhalinin Sosial Müdafiəsinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyinin və Azərbaycan Texniki Universitetinin birgə əməkdaşlığı ilə əmək yarmarkası keçirilib.
 
Faktor.az xəbər verir ki, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli çıxış edərək əmək yarmarkasını açıq elan ediblər.
 
Universitetin rektoru Vilayət Vəliyev çıxışında belə tədbirlərin tələbələrin və məzunların əmək bazarına daxil olmasına kömək etdiyini bildirib.
 
Mustafa Həbibbəyli əmək bazarının dünyada və ölkəmizdə mütəmadi şəkildə dəyişdiyindən iş axtaranların daim öz üzərilərində çalışmalarını və yeni bacarıqlar əldə etməklərinin vacibliyini vurğulayıb.
 
Yarmarkada 95 dövlət və özəl müəssisə tərəfindən 800-dən artıq boş iş yeri və təcrübə proqramları təqdim edilib.
 
Tədbirdə iştirakçılara Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri və layihələr haqqında ətraflı məlumat verilib.








Redaktorun seçimi