Paytaxtda 2 nəfərin qətlində təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Hit: 207
Paytaxtda 2 nəfərin qətlində təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır
Bakıda 2 nəfəri öldürməkdə təqsirləndirilən Arif Bəhərçiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
 
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 
İş hakim Əli Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
 
Qeyd edək ki, 2001-ci il təvəllüdlü Arif Bəhərçiyev paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən iaşə obyektlərindən birində aralarında yaranmış mübahisə zamanı 1968-ci il təvəllüdlü Namiq Orucov və 1981-ci il təvəllüdlü Ramil Səfərovu öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi ilə ittiham irəli sürülüb.








Redaktorun seçimi