BDU tələbəsi Praqada Qış Hüquq Məktəbində iştirak edib

Hit: 128
BDU tələbəsi Praqada Qış Hüquq Məktəbində iştirak edib
Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının Hüquqşünaslıq ixtisası üzrə IV kurs tələbəsi Xanım Quliyeva Çexiya Respublikasının paytaxtı Praqa şəhərində Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA) tərəfindən “Kibertəhlükəsizlik və süni intellekt hüququ” mövzusunda keçirilən Qış Hüquq Məktəbində iştirak edib. Burada dünyanın 17 müxtəlif ölkəsindən 39 hüquq tələbəsi müxtəlif akademik və sosial proqramlara cəlb edilib.
 
Layihə çərçivəsində “Avropa İttifaqında kibertəhlükəsizlik: müvafiq qanunvericilik və beynəlxalq əməkdaşlıq”, “Qanun metaverse (virtual kainat) və virtual reallıqda necə işləyir?” mövzularında ölkənin ən yaxşı hüquqşünasları tərəfindən təlimlər keçirilib. Tələbələr üçün Çexiyanın Karlova Universiteti, Praqa qalası, Praqa Milli Muzeyi və digər yerlərə səfərlər təşkil edilib.
 
  Layihənin sonunda iştirakçılara sertifikatlar və hədiyyələr təqdim olunub.








Redaktorun seçimi