Unudulmaz alim, mehriban ana, qayğıkeş insan

Hit: 456
Unudulmaz alim, mehriban ana, qayğıkeş insan

15 aprel görkəmli oftalmoloq alim,əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın əbədiyyətə qovuşmasından 39 il ötür. 

Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, onun fəaliyyətinə nəzər salarkən, bir daha bu dahi insanın genişmiqyaslı şəxsiyyət olması qənaətinə gəlmək olur.

Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva təbabətdə öz dəst-xətti olan novator bir alim idi. O, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədiqat işləri aparmaqla kifayətlənməmiş, yüksəkixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirmişdir. Dünya oftalmologiya elminin tanınmış simaları Zərifə xanım Əliyeva haqqında tarixi sözlər demişlər.

Unudulmaz alim, qayğıkeş ana olan Zərifə xanım xalqımız tərəfindən ehtiramla yad olunmağa layiqdir.

Allah rəhmət eləsin !

Aslan Abbaszadə
Faktor.az xəbər portalının Baş Redaktoru









Redaktorun seçimi