Təhsilverənlər arasında sorğu keçirilir

Hit: 325
Təhsilverənlər arasında sorğu keçirilir
Elm və Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlər arasında sorğu keçirilir.
 
Sorğu təhsilverənlərin nazirliyin mətbu orqanları haqqında məlumatlılıq və bu resurslara əlçatanlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə təşkil olunur. Sorğuda iştirak üçün təhsilverənlər müvafiq linkə keçid etməlidirlər: https://anket.edu.az/form/266
 
Qeyd edək ki, sorğu zamanı tələb olunan Fərdi İdentifikasiya Nömrəsi (FİN) həmin təhsilverənin hazırda çalışdığının sistem tərəfindən yoxlanılması və iştirakına icazə verilməsi üçündür. FİN-in qeyd edilməsi təhsilverən haqqında məlumat toplanılması məqsədini daşımır.
 
 
Anonim sorğu aprelin 28-dək davam edəcək.








Redaktorun seçimi