Şəkidə “Kişilər bərabərlik üçün danışır - #mentalkforequality” adlı seminar keçirilib - FOTOLAR

Hit: 1227
Şəkidə “Kişilər bərabərlik üçün danışır - #mentalkforequality” adlı seminar keçirilib - FOTOLAR
Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondunun təşkilatçılığı və “Kişilər Gender Bərabərliyi Uğrunda – Men For Gender Equality” virtual platformasının dəstəyi ilə Gənclərin İnkişafı və Karyera Mərkəzinin Şəki nümayəndəliyində “Kişilər bərabərlik üçün danışır - #mentalkforequality” adlı növbəti seminar keçirilib. 
 
Seminarın əsas məqsədi kişilərin cəlbi və iştirakçılığı ilə qadın və qızlara qarşı zorakılığın aradan qaldırılmasına və cəmiyyətdə gender bərabərliyinin təmin olunmasına töhfə verməkdən ibarətdir.
 
Seminar zamanı gender təlimçisi Cavid İmamoğlu gender bərabərsizliyinə və gender əsaslı zorakılığa yol açan stereotiplər və sosial normaların aradan qaldırılması barədə müzakirələr aparıb. 
 
Məlumat üçün bildirək ki, seminar Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar Agentliyi (UN Women) tərəfindən həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı və BMT-nin Əhali Fondunun həyata keçirdiyi “Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması” proqramı çərçivəsində “Vətəndaş Cəmiyyəti Uğrunda” İctimai Birliyi və “Kişilər Gender Bərabərliyi Uğrunda – Men For Gender Equality” virtual platformasının dəstəyi ilə baş tutub.
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi