5 oktyabr Müəllimlər günü münasibətilə İntellekt Kuboku

Hit: 583
5 oktyabr Müəllimlər günü münasibətilə İntellekt Kuboku
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) və "3sual.az" platformasının birgə təşkilatçılığı ilə “Müəllimlərin İntellekt Kuboku” keçiriləcəkdir.
 
“Nə? Harada? Nə zaman?” formatında keçiriləcək turnirdə müəllimlər 4-6 nəfərlik komandalar halında birincilik uğrunda mübarizə aparacaqlar. Turnirin nəticələrinə, əsasən, sonda ən güclü komandalar bizdən dəyərli hədiyyələr qazanacaqlar!
 
Oyunda iştirak etmək üçün 21 sentyabr 2022-ci il tarixindən etibarən aşağıda qeyd edilən qaydalara uyğun komandalardan sifarişlərin qəbuluna başlanır.
 
Qeydiyyat üçün şərtlər:
1- Komanda üzvləri yalnız hazırda ümumtəhsil məktəblərində fəaliyyət göstərən, yaşı 35-ə qədər olan müəllimlərdən ibarət olmalıdır.
2- Təqdim edilən excel formatda sifariş forması doldurulmalı 
3- Komandanın adı və kapitanı qeyd edilməlidir.
4- Bütün iştirakçıların şəxsiyyət vəsiqəsinin skanı və UTİS kodları qeyd olunmalıdır.
 
Qeydiyyat üçün aşağıda qeyd olunan sənədləri qeyd olunmuş vaxt çərçivəsində [email protected] elektron ünvanına göndərmək lazımdır:
 
-  Təqdim edilən excel formatda sifariş forması
 - Sifariş formasının skan versiyası
 - Bütün oyunçuların şəxsiyyət vəsiqəsinin skanı
 
Yarışda iştirak üçün sifariş forması: https://ref.az/3yhnT5d







Redaktorun seçimi