Şəhid hərbi qulluqçu Fətullayev Rafailin yas mərasimi qeyd olunub

Hit: 709
Şəhid hərbi qulluqçu Fətullayev Rafailin yas mərasimi qeyd olunub
Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilməsi nəticəsində şəhid olan hərbi qulluqçusu Fətullayev Rafail Rüfət oğlunun yas mərasimi qeyd olunub.
Şəhidin yas mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin başısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, hüquq- muhafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və din xadimləri iştirak edib.
 
Məlumat üçün bildiririk ki, şəhid Fətullayev Rəfail Rüfət oğlu 22 mart 2003-cü il tarixində Neftçala rayonu Bankə qəsəbəsində anadan olub və düşmən təxribatının qarşısını alarkən Kəlbəcər rayonu Alagöllər ərazisində qəhrəmancasına şəhid olub. Şəhid Fətullayev Rafail Rüfət oğlu 14 sentyabr 2022-ci il tarixində Neftçala şəhər Şəhidlər
Xiyabanında dəfn olunub.
Neftçala RİH kollektivi, rayon ictimaiyyəti adından şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.







Redaktorun seçimi