Möhkəm dayan, Azərbaycan əsgəri!

Biz Azərbaycan Dövlətinin uzaqgörən siyasətinə, Azərbaycanın güclü, sarsılmaz, rəşadətli ordusuna inanırıq və ölkəmizin ən qısa zamanda öz ərazi bütövlüyünü bərpa edəcəyinə, tarixi Azərbaycan torpaqları olan əraziləri milli-mədəni irsimizə geri qazandıracağına inanırıq.
Axıdılan heç bir şəhid qanı yerdə qalmamalı, vətənimizin hər bir qarış torpağı, bu torpaq uğrunda can verən igidlərin ailələri, körpə balaları üçün Cənnətə çevrilməlidir!
Möhkəm dayan, Azərbaycan əsgəri!
Təranə Paşayeva
“Loqos” Psixoloji və Nitq Mərkəzinin rəhbəri
“Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri
Psixologiya üzrə fəlsəfə doktoru


