Gənc müəllimlər üçün yeni layihəyə start verilir

Hit: 479
Gənc müəllimlər üçün yeni layihəyə start verilir

2022-ci il sentyabr ayının 17 və 18-də Salyan şəhər 2 nömrəli tam orta məktəbdə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Şirvan-Salyan Regional Təhsil İdarəsinin əməkdaşlığı ilə həyata keçirilən “Gənc müəllimlərin debat çempionatı” - gənclərdə “soft skills” təməl bacarıqların formalaşdırılması” layihəsinin təlimləri keçirilib.

Təlimlər zamanı müəllimlər, "Debatda Hakimlik", "Karl Popper Debatları", "Milli debat proqramı", "Debat fəlsəfəsi və metodologiyası", "Debatın tarixi" mövzularında yeni biliklər əldə etmişdirlər .

Qeyd edək ki, layihənin məqsədi yeniyetmələr və regionun gənc müəllimləri arasında  21-ci əsr bacarıqları sırasında olan ünsiyyət, özünü təqdim və natiqlik bacarığının inkişaf etdirilməsidir.

Layihənin müvəffəqiyyətlə davam etdirilməsini arzu edirik!







Redaktorun seçimi