Neftçalanın icra başçısı yaralı hərbiçilərlə görüşüb

Hit: 1003
Neftçalanın icra başçısı yaralı hərbiçilərlə görüşüb
Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
 
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları  şəhid olub və yaralanıb.
 
Neftçala RİH-nin başçısı Mirhəsən Seyidov Müdafiə Nazirliyinin Bakı şəhərindəki Silahlı Qüvvələrin Baş Klinik Hospitalında təxribatlar zamanı yaralanan hərbi qulluqçulara baş çəkib. RİH başçısı Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alan Neftçala rayon sakinləri hərbi qulluqçu Əkbərov Namiq Şaxsəddin oğluna və Quliyev Şirxan İbrahim oğluna baş çəkib, onların səhhəti ilə maraqlanıb.
 
Neftçala RİH kollektivi, rayon ictimaiyyəti adından şəhid olan hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılarımıza Allahdan şəfalar diləyir.







Redaktorun seçimi