Bakı Limanı və AzTU arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb - FOTOLAR

Hit: 1536
Bakı Limanı və AzTU arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb - FOTOLAR
Bakı Limanı Azərbaycan Texniki Universiteti (AzTU) ilə birgə tələbələrin liman əməliyyatları və logistika sahəsində peşəkar bacarıqlarının artırılması üçün təlim və mübadilə proqramları həyata keçirəcək 
 
Bu məqsədlə, bu gün AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin məsul əməkdaşları Bakı Limanında limanın rəhbərliyi və nümayəndələri ilə görüş keçiriblər. Görüş zamanı Bakı Limanı ilə universitet arasında tələbələrin ixtisas yönümlü bacarıqlarını artırmaq məqsədilə innovativ təlim proqramlarının birgə hazırlanması məsələləri müzakirə olunub. 
 
Qeyd edək ki, Bakı Limanının Təlim Tədris Mərkəzi artıq uzun müddətdir ki, AzTU ilə yaxından əməkdaşlıq edir. Belə ki, AzTU-nun 48 tələbəsi Azərbaycan Təhsil İnstitutunun təşəbbüsü ilə həyata keçirilən “Liman logistikası və dəniz daşımaları” adlı təlim kursunu Bakı Limanında müvəffəqiyyətlə bitirib və əyani istehsalat təcrübəsi qazanıb. 
 
Yaradılan əməkdaşlığın davamlı və institusional inkişafını təmin etmək məqsədi ilə bu gün Bakı Limanı və AzTU arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalandı. İmzalanan sənəddə universitetin tələbələrinin liman əməliyyatları və logistika sahəsində praktik təcrübə keçməsi, həmçinin onların Bakı Limanı ilə yanaşı tərəfdaş limanlarda da mübadilə səfərlərinə cəlb olunması kimi fəaliyyətlər əhatə olunur. 
 
Bakı Limanı tələbələrin akademik təhsili zamanı əyani iş təcrübəsi qazanmasını, beləliklə, müasir bazarın tələblərinə cavab verəcək kadr potensialının inkişafına töhfə vermək təşəbbüslərini daim dəstəkləyir. 
1
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi