AQSİA-nın növbəti layihəsi Fransada təqdim olunacaq - FOTOLAR

Hit: 1039
AQSİA-nın növbəti  layihəsi Fransada təqdim olunacaq - FOTOLAR
 Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası sahibkar qadınlarla növbəti görüşünü keçirib. Sentyabrın 2-də düzənlənən tədbirdə  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəsi Ufuk Turganer də sahibkar xanımlarla görüşə gəliblər. 
 
AQSİA İdarə heyətinin sədri  Səkinə Babayeva iştirakçıları salamlayaraq Assosiasiyanın qarşıda gözlənilən layihələri haqqında məlumat verib:  
 
"Platformada bizi birləşdirən dəyərlərə görə ölkə prezidentinə təşəkkür edirəm. Qadınlar bu platformada birləşir və digər qadınlara dəstək olurlar. Gələcəyə işıq saçan bir çox layihəmiz var. Şuşa ili çərçivəsində QHT-lərə Dövlət Dəstəyi Agentliyinə 270-ə yaxın layihə təqdim edilib. Qəbul edilən layihələrdən biri də AQSİA-nın  hazırladığı "Qarabağ incilərinin Avropa sədası" layihəsidir. Xüsusilə, ermənilərin "bizimdir" dediyi milli motivlərimizin  geyimlər üzərində təqdimatını bütün dünyaya təqdim edəcəyik.  Layihəni Avropaya daşımaq məqsədilə oktyabr ayında Fransada böyük bir təqdimat mərasimi düzənləmək planlaşdırılır.  Dəfilədə təqdim edilən məhsullar  noyabrın 19-25-aralığında Bakıda  keçiriləcək "Dünya sahibkarlar həftəsi"ndə auksiona  çıxarılacaq. Burda əldə edilən gəlir isə Qarabağ Dirçəliş Fonduna köçürüləcək". Daha sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova AQSİA ilə bağlı fikirlərini bölüşüb.
 
Qadın sahibkarlığının inkişafına dövlətin dəstəyini vurğulayan komitə sədri AQSİA tərəfindən böyük və əhəmiyyətli layihələrin həyata keçirilməsini alqışlayıb: " Hesab edirəm ki, sözügedən layihələr  dövlətin, xalqın mənafeyinə uyğun olduğu üçün sahibkar xanımları da öz ətrafında sıx birləşdirə bilir. Bu birliyə görə hər birinizi təbrik edirəm. Məqsəd bu təşkilat vasitəsilə həm ölkə daxilində, həm də xaricdə uğurlu əlaqələr qurmaq, əməkdaşlığı genişləndirmək, Vətənimizə, xalqımıza töhfə verməkdir. Layihə üçün Fransanın seçilməsi də təsadüfi deyil və təqdirəlayiqdir. Fransa Qarabağın Azərbaycan, Cənubi Qafqaz üçün əhəmiyyətini çox yaxşı bilir".  Şimali Kiprin ölkəmizdəki  nümayəndəsi Ufuk Turganer  Azərbaycan  iş qadınlarının uğurlarına görə sevindiyini və gələcəkdə öz ölkəsinin sahibkarları ilə geniş əməkdaşlıq platformasının yaranması ilə bağlı  fikirlərini bölüşüb. Daha sonra   "Qarabağ incilərinin Avropa sədası" adlı sənədli film tədbir iştirakçılarının diqqətinə təqdim olunub.  
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi