Neftçalanın icra başçısı vətəndaşların problemlərini dinləyib - FOTOLAR

Hit: 877
Neftçalanın icra başçısı vətəndaşların problemlərini dinləyib - FOTOLAR
Neftçala Rayon İcra Hakimiyyəti başçısının rayonun yaşayış məntəqələrindəki sayca 24-cü vətəndaşların səyyar qəbulu Mizrəqurbanlı kəndində keçirilib.⠀ 
 
Səyyar görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
 
Neftçala Rayon İcra Hakimiyyəti başçısının Tatarməhlə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi çıxış edərək kənd haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.
 
Görüşdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiq edilmiş “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın  uğurla həyata keçirilməsindən və bunun nəticəsində Azərbaycanın bütün regionlarının dinamik və sürətli sosial-iqtisadi inkişafından danışıblar.
         
Görüşdə çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov  Prezident İlham Əliyevin rəhbərliyi ilə gündən-günə çiçəklənən ölkəmizdə bütün sahələrdə olduğu kimi regionların sosial-iqtisadi inkişafı sahəsində də ardıcıl və  uğurlu siyasət aparıldığını, bu məqsədlə müəyyən illəri əhatə edən Dövlət Proqramlarının qəbul və icra edildiyini diqqətə çatdırıb. Prezident İlham Əliyevin ölkə başçısı seçildiyi dövrdən bu günə kimi aparılan quruculuq işləri nəticəsində ölkəmizin bütün regionlarının simasının dəyişdiyini və regionlarda nəhəng abadlıq və quruculuq işlərinin aparıldığını qeyd edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov daha sonra “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində rayon ərazisində son illərdə aparılan tikinti, abadlıq və yenidənqurma işləri, xüsusilə də, Tatarməhlə kənd İnzibati Ərazi Dairəsinə daxil olan yaşayış məntəqələrində görülmüş işlər barədə kənd sakinlərinə ətraflı məlumat verib.
 
Səyyar qəbulda əsasən Uzunbabalı kəndinin qazlaşdırılması, rabitə xətti və internetlə təminat, kənddaxili yolların cari təmiri, örüş torpaqları və digər məsələlər barədə təkliflər səsləndirilib. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, problemlərin və onların həlli yollarının araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.
 
Vətəndaşlar sonda aparılan abadlıq-quruculuq və yenidənqurma işlərinə, ümumilikdə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.
 
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.
1
1
1
1
1








Redaktorun seçimi