Əməkdar məşqçi Ceyhun Bayramovun 50 illik yubileyi qeyd olunub - FOTOLAR

Hit: 1083
Əməkdar məşqçi Ceyhun Bayramovun 50 illik yubileyi qeyd olunub - FOTOLAR
Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi, Gəncə Şəhər İdman Liseyinin və 1 nömrəli UGİŞM-nin təşkilatçılığı ilə Azərbaycan Respublikasının əməkdar məşqçisi Ceyhun Bayramovun 50 illik yubileyi münasibətilə tədbir təşkil olunub. 
 
İdman Liseyində təşkil olunan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin, şəhər Gənclər və İdman Baş İdarəsinin, Gəncə İdman Klubunun  1və 2 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbinin nümayəndələri, ziyalılar, veteran idmançılar və gənclər iştirak ediblər.
 
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
 
Tədbirdə  çıxış edən qonaqlar Milli Olimpia Komitəsinin sədri, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkədə idmanın inkişafı istiqamətində ciddi tədbirlərin həyata keçirildiyini və  bu sahənin dövlət siyasətinin pioritetləri sırasında mühüm yerlərdən birini tutduğunu qeyd ediblər. Daha sonra tədbir iştirakçıları  yubilyarı səmimi qəlbdən təbrik edərək, ona xoş ürək sözlərini çatdırıblar. Bildirilib ki, Ceyhun Bayramov karyerası ərzində özünü prinsipial, zəhmətkeş, peşəkar mütəxəssis kimi göstərib. Məhz bu xüsusiyyətlərinin nəticəsidir ki, bu gün onun yetirmələri müxtəlif beynəlxaq yarışlarda Dövlət Himnimizi səsləndirir və bayrağımızı yüksəldirlər.  
 
Ceyhun Bayramov çıxış edərək Azərbaycanda idmanın inkişafına göstərilən xüsusi diqqət və qayğıya görə ölkə rəhbərliyinə  öz dərin minnətdarlığını bildirib. 
 
Daha sonra Ceyhun Bayramova 50 illik yubileyi münasibətilə Gəncə şəhərinin ictimai həyatında və idman sahəsindəki səmərəli fəaliyyətinə görə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının “Təşəkkürnamə”si təqdim olunub.  
 
Sonda idman ustasının idman fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
 
Qeyd edək ki, Bayramov Ceyhun Vilayət oğlu  25 avqust 1972-ci ildə Gəncə  şəhərində anadan olub. 2005-ci ildə Azərbaycan Respublikası əməkdar məşqçisi adına layiq görülüb.  SSSR-i idman ustası, Sambo, Cüdo və Armrestlinq idman növləri üzrə Azərbaycan idman ustası, Azərbaycan Respublikası Fəxri Bədən Tərbiyə və İdman işçisi və Cüdo üzrə Azərbaycan Respublikasının Əməkdar məşqçisidir. Dəfələrlə müxtəlif mükafatlarla təltif olunub. Hazırda 1 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbində dərs hissə müdiri vəzifəsində çalışır.
1
1
1
1
1
1
1








Redaktorun seçimi