Qubada “Kişilər bərabərlik üçün danışır - #mentalkforequality” adlı seminar keçirilib - FOTOLAR

Hit: 1160
Qubada “Kişilər bərabərlik üçün danışır - #mentalkforequality” adlı seminar keçirilib - FOTOLAR
Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondunun təşkilatçılığı və “Kişilər Gender Bərabərliyi Uğrunda – Men For Gender Equality” virtual platformasının dəstəyi ilə Gənclərin İnkişafı və Karyera Mərkəzinin Qubai nümayəndəliyində “Kişilər bərabərlik üçün danışır - #mentalkforequality” adlı növbəti seminar keçirilib. 
 
Seminarın əsas məqsədi kişilərin cəlbi və iştirakçılığı ilə qadın və qızlara qarşı zorakılığın aradan qaldırılmasına və cəmiyyətdə gender bərabərliyinin təmin olunmasına töhfə verməkdən ibarətdir.
Seminar zamanı ekspertlər - fəlsəfəşünas Təbriz Qasımov və gender təlimçisi Cavid İmamoğlu gender bərabərsizliyinə və gender əsaslı zorakılığa yol açan stereotiplər və sosial normaların aradan qaldırılması barədə müzakirələr aparıblar. 
 
Məlumat üçün bildirək ki, seminar Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender-əsaslı zorakılığa qarşı” və “Cənubi Qafqazda gender əsaslı cins seçimi və aidiyyəti zərərli təcrübələrin aradan qaldırılması” proqramları çərçivəsində BMT-nin Əhali Fondu (UNFPA), BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı, “Vətəndaş Cəmiyyəti Uğrunda” İctimai Birliyi və “Kişilər Gender Bərabərliyi Uğrunda – Men For Gender Equality” virtual platformasının dəstəyi ilə baş tutub.
1
1
1
1








Redaktorun seçimi