Mirhəsən Seyidov rayon sakinləri ilə görüşüb - FOTOLAR

Hit: 1645
Mirhəsən Seyidov rayon sakinləri ilə görüşüb - FOTOLAR

Neftçala Rayon İcra Hakimiyyəti başçısının rayonun yaşayış məntəqələrindəki sayca 22-ci vətəndaşların səyyar qəbulu Qazaxbərəsi kəndində keçirilib.⠀

Səyyar görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
 
Neftçala Rayon İcra Hakimiyyəti başçısının Qaçaqkənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi çıxış edərək kənd haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.
 
Görüşdə çıxış edənlər Türkiyə-Azərbaycan qardaşlığının əbədiliyindən və sarsılmazlığından danışıb, iki qardaş ölkənin sıx münasibətlərinin regionda bir çox vacib layihələrin gerçəkləşməsində mühüm rol oynadığını qeyd ediblər. 
 
Görüşdə çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov  Prezident İlham Əliyevin rəhbərliyi ilə gündən-günə inkişaf edən Azərbaycan dövlətinin uğurlu balanslaşdırılmış xarici siyasət yürüdən bir ölkə olduğunu, təməlləri hələ Ümummilli Lider Heydər Əliyev tərəfindən atılmış olan və  “Bir millət, iki dövlət” prinsipi ilə gündən-günə inkişaf edən Türkiyə-Azərbaycan münasibətlərinin Şuşa Bəyənnaməsi ilə öz tarixi zirvəsinə çatdığını diqqətə çatdırıb. Qüdrətli ordumuzun 30 il əvvəl torpaqlarımızı işğal etmiş erməni faşizmini cəmi 44 gün ərzində Vətən Müharibəsi zamanı məğlub etməsində türk hərbi sənaye məhsullarının və Türkiyə ordusunun peşəkar zabitlərinin ordumuza keçdiyi təlimlərin rolunu, beynəlxalq arenada Azərbaycana qarşı haqsız mövqe sərgiləyən bəzi beynəlxalq qüvvələrin neytrallaşdırılmasında Türkiyənin sarsılmaz dəstəyini qeyd edib.
 
Daha sonra Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, rayon ərazisində son illərdə aparılan tikinti, abadlıq və yenidənqurma işləri, xüsusilə də, Qaçaqkənd kənd İnzibati Ərazi Dairəsi ərazisində görülmüş işlər barədə kənd sakinlərinə ətraflı məlumat verib.
 
Səyyar qəbulda əsasən Şorsulu-Xəzər kənd avtomobil yolunun təmiri, elektrik dirəklərinin və xətlərinin yenilənməsi, şəhid adının əbədiləşdirilməsi və digər məsələlər barədə təkliflər səsləndirilib. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, problemlərin və onların həlli yollarının araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.
 
Vətəndaşlar sonda aparılan abadlıq-quruculuq və yenidənqurma işlərinə, ümumilikdə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.
 
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az
 portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.
1
1
1
1
1
1








Redaktorun seçimi