“YAŞAT” düşərgəsinin 6-cı həftəsi başlayıb

Hit: 724
“YAŞAT” düşərgəsinin 6-cı həftəsi başlayıb
“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhidlərimizin övladları üçün həyata keçirilən 2-ci “YAŞAT” düşərgəsinin sonuncu -  6-cı həftəsinə start verilib.
 
Bu həftə düşərgəyə 15-17 yaş aralığında Yevlax, Mingəçevir, Şəmkir, Abşeron, Daşkəsən, Bakı, Tərtər, Gəncə, Sumqayıt, Füzuli, Beyləqan, Astara, Masallı, Bərdə, Biləsuvar, İsmayıllı, Lənkəran və Bərdədən 47 uşaq qatılıb.
 
İlkin olaraq açılış mərasimi keçirilib, iştirakçılara düşərgənin proqramı barədə məlumat verilib.
 
Sonra uşaqlara  Sağlam Ailə Tibb Mərkəzinin nümayəndəsi Səadət Zərbəliyeva tərəfindən ilkin tibbi yardım qaydaları barədə təlim keçirilib. Uşaqlara təlimdə iştiraklarına dair sertifikatlar və tibbi kartlar təqdim olunub.
 
Onun ardından psixoloqlarla görüş keçirilib.
 
Günün sonunda stolüstü oyun saatı təşkil olunub. 
 
Düşərgənin media dəstəkçiləri Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV) və ASAN Radiodur.
 
Düşərgənin baş sponsorları : “Qalaaltı Hotel & Spa ”, “PMD Hospitality”dir.
 
Sponsorlar: “PAŞA Bank”, “NAR", “Rabitə Bank”, “Bravo” Marketlər Şəbəkəsi







Redaktorun seçimi