Mübariz Mənsimovun dəstək verdiyi azərbaycanlı gənclərdən böyük uğur

Hit: 1108
Mübariz Mənsimovun dəstək verdiyi azərbaycanlı gənclərdən böyük uğur
Mübariz Mənsimovun dəstək verdiyi azərbaycanlı gənclər Türkiyədə “TEKNOFEST” festivalında böyük uğura imza atdılar. Komanda 30 avqust – 4 sentyabr 2022-ci il tarixləri arasında Samsunda keçiriləcək TEKNOFEST-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən mükafatlandırılacaq.
Türkiyənin “Yıldız” Texniki Universitetinin tələbələrindən ibarət olan “Drone X” komandası 9-14 avqust tarixləri arasında keçirilən 2-ci Sərbəst Görev İHA yarışmasının finalında iştirak edib. 96 komandanın finala vəsiqə qazandığı bu yarışmada birinci turu üçüncü, ikinci turu dördüncü tamamlayaraq “Drone X” komandası Bürünc Performans mükafatına, başqa sözlə, bürünc medala layiq görülüb.
 
Komanda 30 avqust – 4 sentyabr 2022-ci il tarixləri arasında Samsunda keçiriləcək TEKNOFEST-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən mükafatlandırılacaq. “Sevincimizi sizinlə bölüşməkdən şadlıq və qürur hissi duyuruq. Bu fürsəti təmin etdikləri üçün Tubitak və Teknofest institutlarına və bizə hər zaman dəstək olan “Palmali” ailəsinə təşəkkür edirik” – deyə, komanda üzvləri yarışmadan sonra öz hisslərini bu cür paylaşıblar.
 
Onu da qeyd edək ki, bu gənclər 26-29 may 2022-ci il tarixlərində Azərbaycanda keçirilən “TEKNOFEST” festivalında təmsil olunan “Drone X” komandasının üzvləri, Türkiyənin “Yıldız” Texniki Universitetinin tələbələridir eyni zamanda, bu gənclər “Palmali” şirkətinin tələbələrə verdiyi burslardan da faydalanır.







Redaktorun seçimi