Dünyanın su müharibələri fikri harda qaldı

Hit: 797
Dünyanın su müharibələri fikri harda qaldı

Ey dadi bidad danəndə dəhan dərviş d.... 18 il öncə səsləndirilən fikirlər bu gün hansı aşamadadı.

Derlər, unudulmuş oxucu,
 
Yəhudi dövləti ciddi bir su krizisi ilə üz-üzədir. İsrailin diasporadan yığdığı 4 milyon yəhudinin su ehtiyacını qarşılamaq üçün son dərəcə yetərsizdir. 
Çoxalan sayına görə su əldə etmək üçün Urdin çayı, Cəlilə dənizi və Yarmuq çayından boru xətləri ilə davamlı olaraq Tel - Əvivə su pompalayır. İşğal altındakı Kolan təpələrinin suyu da İsrailə axır. Qərbi Şərianın altındakı  Kolan təpələrinin suyu da İsrailin əlindədir. Ərəb quyularından əraziləri Qərbi Şəriyadakı fələstinlilərə gedən suyun axımını azaldır və su yəhudilərə axıdılır. Bütün bunlara baxmayaraq, İsrailin su rezerviləri həyati təhlükə altındadır. 
Derlər, İşğalın başlamasından bu yana fələstinlilərə 5 quyu açmaq icazəsi verildiyi halda, israillilər 40 dərin quyu açaraq fələstinlilərin bütün quyuylardan çıxardığından daha çox su əldə edirlər. Bir İsrail vətəndaşı bir fələstinlinin istifadə etdiyi 5 qatını əldə edir. İsrailin işğal altında saxladığı Qərb Yaxasındakı su qaynaqlarının yüzdə doxsanını İsrail istifadə edir. Milyondan çox fələstinli bu gün susuz torpaqların üzərində qıvrılır. Açıq kanalzasiyalar var olan su təbəqəsini  getdikcə kirlədir. Fələstinlilər sadəcə kirlənmiş sudan istifadə edirlər. Bəzilərinə görə, İsrailin bu bölgələr üzərindəki  kontrolunu itirməsi, İsrailin su ehtiyatlarından məhrum qalmasına yol aça biləcəyi kimi, varlığını da təhlükə altına ala bilər. 
 
Derlər, unudulmuş oxucu,
 İsrailin  Lübnan, Suriya və Urdinlə  paylaşması gərəkən Şəria çayı bu gün İsrailin kontrolundadır. İsrail Kolan təpələrini işğal edərək Güney Lübnana girib güvənlik bölgəsi qurmaq adı altında sonuncu su yatağını ələ keçirir. Bir tərəfdən su qaynaqları azalmağa  başlarkən, bir yandan da İsrailin sayı artır. Bu gedişat “vəd edilmiş torpaqların, on il içərisində, vəd edilmiş çöllərə çevriləcəyini göstərir”. Israil su ehtiyatlarını əldə etmək üçün Türkiyənin Manavqat suyuna sahib çıxır. Ancaq bu yolların heç biri yetərli deyil. Israil işğal etdiyi Fələstin, Urdin, Suriya və Lübnan torpaqları üzərindəki ehtiyatlarını görməkdədir.Buna görə, İsrail yeni-yeni su qəsb etməyin planlarını düşünür. Israilli professor Armon Sofer də 1990-cı ildə bir yazısında “Orta Doğuda su ehtiyatlarından istifadə ucbatından savaş çıxaşacaq “- demişdir. O vaxtdan “Fəhlə partiyası”nın lideri Şimon Peres də 1991-ci ilin ilk aylarında baş nazir Turqut Ozal ilə Orta Doğuya (Yaxın Şərqə) Türkiyə suyunun axması ilə əlaqədar bir mübahisə zamanı, “bundan sonrakı Orta Doğu savaşının torpağa görə deyil, su üzündən” çıxacağını ifadə etmişdir. O, başqa bir çıxışında isə suyu əldə etmək üçün “mütləqə savaşacağıq”- mesajını vermişdir. Beləliklə, İsrailin Xarici İşlər Nazirliyində Fərat və Dəclənin sularının paylaşmaq mövzusunda hazırlanan bir rapora görə də “su müharibəyə səbəb olacaq bir anlaşilmazlıq mövzusudur “ şəklindəki mətninin arxasında ...Tel-Əviv durur”...  qeydləri var. İsrailin hərbi tarixinə baxdığımız zaman  suyun həqiqətən indiyə kimi yəhudi dövləti üçün çox önəmli bir hədəf və müharibəyə səbəb olduğu ortaya çıxır. 
1919-cu ildə çəkilən sionist xəritəyə Litani çayı da daxildir. Israil 1978 və 1982-ci ildə Lübnanı işğal edərkən Litani və Hasbani çayları önəmli rol oynadı. İsraillilər Litanidən Hasbaniyə uzanan bir tunel açaraq suyunu Şəriyaya axıtdılar. Bu su oğurluğu İsrailə 500 milyon kub/ metr. əlavə (qazanc) su gətirdi. Suriyanın Urdinlə birlikdə Yarmuq çayı üzərində düzəltdiyi Birlik Proyekti İsrailin təhdidi ilə sona çatdı. Sudandakı Jonqlei kanalı İsrail tərəfindən su politikası səbəbi ilə bombalandı. Əgər İsrail su üçün müharibə edəcəksə, bu müharibə necə olacaq? Onun bu politik krizisinə çarə gətirəcək bir müharibə olacaqmı?
Derlər, unudulmuş oxucu,
Yəhudi dövlətinin son hədəfi Nil çayından Fərata  kimi uzanan coğrafiya üzərində hakim olmaqla, bu coğrafiyanın sularını öz nəzarəti altına almaqdan ibarətdir. İsrailin 1967-ci ildə işğal etdiyi Sina yarmadısını 1978-ci ildə Camp Davud sülhü ilə Misirə  qaytardığını beləliklə, Nil çayı üzərində heç bir iddiası olmadığını düşünə bilərlər. Hansı ki, reallıqlar daha fərqlidir. Israilin “böyük hədəfi” ilə gündəlik xarici politikası bir - birindən yerlə-göy qədər fərqlidir. 
Derlər, unudulmuş oxucu,
mütəxəssislərin hesablamalarına görə,  dünyad 50 ildən sonra insanların və dövlətlərin suya olan tələbatı daha çox artacaq. Dünyada Hollandiyadan sonra yeraltı su ehtiyatlarına görə Türkiyə ikinci yerdə gəlir. Bu gün İsrailin başlatdığı müharibənin bir çox səbəbləri olsa da, yəqin ki, o səbəblərtdən biri də yaxın gəlkəcəkdə Orta Şrqdə su sərvətlərindən istifadə etmə məsələsidir...
Unudulmuş oxucu, bilməyini istərdim ki, bu yazıdakı verilən bilgilər hələ 2004-2005-ci illərdə danışılır, dillərdə dolaşılırdı. 
Sizcə, o illərdən bu günə baxsaq, məqalədə səsləndirilən fikirlər, göstərilən faktlar nə qədər gerçəkliyə uyğun olaraq aktuallığını qoruya bilmişdir.
 
Xanəmir Telmanoğlu








Redaktorun seçimi