Türk birliyi İrəvansız mümkün deyil

Hit: 513
Türk birliyi İrəvansız mümkün deyil

Ey dadi bidad danəndə dəhan dərviş d.... Unudulmuş oxucu,

 
Təsəvvür edirsinizmi, aradan heç 100 il keçməyib, biz 100 il əvvəlki faciəmizi doğru-düzgün dərk etməmişik, biz bir millət olaraq 1000, 1500 il əvvəlki tariximizi necə, nə cür dərk edib anlaya bilərik, anlamıram? Hər birimiz bu günkü ermənistanın yerləşdiyi ərazilərin Azərbaycan xalqına məxsus olduğunu bir tarixi bilgi olaraq bilirdik. Bu bilgiyə sahib olmağımıza baxmayaraq, heç birimiz bu bilginin məsuliyyətini daşımır və yaxut belə bir tarixi faktın faciəvi ağırlığı altında o qədər də əzilib əzilmədiyimizin fərqində deyildik. (Ən azından Qərbi Azərbaycandakı indi ermənilərin məskunlaşdığı bütün ərazilərin qarışbaqarış adları yaxın tarixə qədər türkcədir və bu adlar indi də hər kəs tərəfindən bilinir:-x.t.) Bir sözlə, biz Qarabağ adlı dərdlə başımızı qatıb, gerçək faciəmizi ört-basdır etməklə məşğul idik. Sağ olsunlar,  keçmiş AMEA - nın  A. Bakıxanov adına Tarix İnstutunn direktoru , professsor Yaqub Mahmudovun rəhbərliyi ilə aparılan araşdırmalar bir çox sənədlərin əldə edilməsiyilə misilsizdir. Həmin sənədlər isbat edir ki, qədim İrəvan şəhəri bir türk oylağı olaraq yaxın tarixdə müəyyən şərtlərlə Batumi danışıqlarında Azərbaycan tərəfindən ermənilərə müəyyən öhdəliklər əsasında verilib. Yox, yox, yanlış eşitmədiniz! Lütfən, bir daha diqqətli olun, cümləni təkrar yazıram: qədim İrəvan şəhəri bir türk oylağı olaraq yaxın tarixdə müəyyən şərtlərlə Batumi  danışıqlarında Azərbaycan tərəfindən ermənilərə müəyyən öhdəliklər əsasında verilib. 
Araşdırmalar göstərib ki, Cənubi Qafqazda heç vaxt erməni dövləti olmayıb. 1917 - ci ildə Rusiyada baş verən burjua - demokratik inqlabından sonra  imperiya dağılır, onun keçmiş ərazisində yaşayan bir çox xalqlar öz müstəqilliyini əldə eləmək fürsətini qaçırmır. Zaqafqaziya Federasiyası tərkibində Azərbaycan, Gürcüstan və 1804-1813, 1826-1830-cu illlərdə və 20 - ci əsrin 1 - ci yarısında Azərbaycan ərazilərinə çar Rusiysı və sovet imperiyası tərəfindən öz gələcək maraqlarını təmin etmək məqsədi ilə köçürülən ermənilərdən ibarət qondarma bir respublika təşkil edilərək , birləşdirildi. Mayın 28-də Azərbaycanın müstəqilliyi ilə əlaqədar azərbaycanlı deputatlar  bəyənnamə qəbul etdilər. Uzun müzakirələr sonucunda axır ki, İrəvanın Ermənistana güzəştə gedilməsinin qaçınılmaz olduğu Milli Şura tərəfindən etiraf edlir. 
Unudulmuş oxucu,
Ekspertlər belə hesab edirlər ki, Azərbaycan Xalq Cümhuriyyyətinin varisi olmaq hüququndan istifadə edərək 1918 -  ci il  may ayının 29 - dan 1991 - ci ilə qədər Azərbaycan xalqının iradəsinin əleyhinə olaraq, onun əraziləri ilə bağlı qəbul edilmiş bütün qərarları ləğv etmək səlahiyyətinə malikdir. Bu məsələ artıq  nə vaxtsa Azərbaycan xalqının və dövlətinin birgə iradəsinin, əzminin beynəlxalq müstəvidə hüquqi baxımdan aparacağı mübarizəyə bağlıdır. 
Məni narahat edən, məni düşündürən başqa məsələdir. Bu dəhşətsaçan faciənin qarşısında mən ermənilərin  Qafqaza gəlişlərindən 50 - 60 ildən sonra belə aktiv olmalarını anlaya, başa düşə, dərk edə bilmirəm. Sən necə bir istəyə, düşüncəyə, həddə sahib olmalısan ki, bu amal uğrunda nə qədər çalışmalısan ki, az bir zaman kəsimində başqalarının tarixi torpaqlarına, ərazilərinə sahib çıxasan, rəsmən onların əlindən tarixi vətən torpaqlarını alasan. Sözsüz ki, başqasının atına minən tez düşər!  Bu ayrı bir hadisəsdir. Ikinci bir xüsus, bu xalqın gerçək vətənini, torpağını, ərazisini başqalarına bir neçə şəxsin hansı səlahiyyətləriylə təslim etmək mümkü olub? Bu xalq sənə bu yetkini, bu imkan və səlahiyyəti veribmi ki, get də, onun torpağını sənədli - sübutlu başqasına bağışla. Heç bir xalq səlahiyyət verdiyi övladlarına belə bir addım atmalarına imkan verməz, məncə, bunun yerinə belə bir fikrə düşən övladını uzaq başı dar ağacında görməkdən başqa çıxış yolu da tapmaz!  Lap belə, ən dar məqamda və çıxılmaz vəziyyətdə kimsə xalqın, millətin tarixi ərazilərini başqalarına vermək istiqamətində müzakirə apara bilməz. Bu məlum vaqeədə “ Məcburduq”, deyə bir anlayış isə əsla yoxdur.
Biz, bu gün elə bir durumdayıq ki, Qarabağ adlı yaramız imkan vermir ki, İrəvan itgimizi, İrəvan ağrımızı, İrəvan bəlamızı  görüb, onun gerçək sahiblərinə təslim olunmasına şərait yaradaq.
Unudulmuş oxucu,
Hər 50 - 60 ildən bir hansısa şəhərimizi, ərazimizi, bölgəmizi min bir oyunlar hesabına ermənilərə verə bilmərik. Heç də uzaqda olmayan tarixi keçmişimiz göstərir ki, İrəvan kimi bir şəhəri, bir ərazini, bir yurdu ermənilərə (məcbur da qalsaq) sənədlərlə, imzalarla vermişik. Mən bu yazını ona görə yazdım ki, yaxın keçmişimizlə bağlı tarixi həqiqətlərimiz arxivlərimizdən hələ də tam şəkildə gün işığına çıxarmamışıq.  Kimlərinsə qərarlarını gözləməyimizmi gərəkir? İndi ki, Rusiyadan, hər hansı bir imperiyadan asılı deyilik?  Bəs nə vaxta kimi yaxın - uzaq ölkələrin arxivlərində və öz arxivlərimizdə yatıb qalan tariximizin üzərindən tozlar silinməyəcək? Ermənilərin  özləri, öz gələcəkləri uğrundakı elədikləri fədəkarlıqlarının qarşısında bizlər görəsən niyə bu qədər laqeyd və soyuqqanlı olaraq  davranırıq: hələ də kimlərinsə əsl həqiqətləri söyləməyini, deməyini gözləyirik?! Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev dəfələrlə çıxışlarında 1918-ci ildən bu günə qədər Azərbaycan Milli Şurası tərəfindən İrəvanın ermənilərə verilməsi barəsindəki qərarın olduqca səhv və yanlış olmasını qeyd etmişdir. 
Gələcək böyük Azərbaycanın bütövlüyü bundan sonrakı etabda İrəvanı varlığımıza, kimliyimizə, tariximizə, mədəniyyətimizə yenidən qaytarmaqla mümkün olacağına inanıram.
 
Xanəmir Telmanoğlu







Redaktorun seçimi