Jurnalistlər üçün inşa edilən binanın həyətində abadlıq işləri həyata keçirilib

Hit: 915
Jurnalistlər üçün inşa edilən binanın həyətində abadlıq işləri həyata keçirilib
Ölkə başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Səbail rayonunda məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, infrastrukturların yaradılması, yaşıllıqların salınması istiqamətində işlər uğurla davam etdirilir.
 
Rayon ərazisində aparılan abadlıq-quruculuq işləri çərçivəsində Səbail Rayon İcra Hakimiyyəti və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə Yeni Salyan yolu 22 ünvanında yerləşən jurnalistlər üçün inşa edilən binanın həyətində abadlıq işləri həyata keçirilib.
 
Məlumat üçün bildiririk ki, ötən dövr ərzində müvafiq binada yaşayan jurnalistlərin məişət ehtiyaclarının qarşılanması və rahatlığının təmin olunması məqsədilə market istifadəyə verilmiş, binanın qarşısında bankomat və “BakıKart” yükləmə aparatı yerləşdirilmişdir. Bununla yanaşı, binanın işıqlandırma sistemi əsaslı şəkildə yenilənmiş, ərazidə yaşıllıq sahələrinin artırılması məqsədilə mütəmadi olaraq ağacəkmə kampaniyası keçirilməkdədir.








Redaktorun seçimi