Azərbaycan Gənc Müəllimlər Assosiasiyası - BƏYANAT YAYDI

Hit: 968
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası - BƏYANAT YAYDI
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası bəyanat yayıb.
 
"Azərbaycan Gənc Müəllimlər Assosiasiyası Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyinin 4 avqust 2022-ci il tarixində radikal dini vandalizm qrupları tərəfindən hücuma məruz qalması faktını qətiyyətlə pisləyir və bunu vandalizm aktı kimi dəyərləndirir. Vandalizm qruplarının səfirliyin binasına zorla daxil olaraq Azərbaycan bayrağını endirməsi və dini bayraqlar qaldıraraq radikal dini şüarlar səsləndirməsi Azərbaycan Respublikasına, ümumilikdə isə beynəlxalq hüquqa ziddir.
 
Bu vandalizm aktı Azərbaycanın da 21 iyul 1992-ci il tarixində qoşulduğu diplomatik münasibətlərin və diplomatik binaların təhlükəsizliyinin tənzimləndiyi Beynəlxalq Vyana Konvensiyasına ziddir. 
Konvensiyaya əsasən, dövlətimizin diplomatik binasına edilən hücum və şəhidlərimizin qanı bahasına dalğalanan bayrağımıza qarşı törədilən vandalizm aktını şiddətlə qınayır və yaşanan hadisənin araşdırılaraq təqsirkarların cəzalandırılmasını tələb edirik".

Faktor.az








Redaktorun seçimi