“Atalar Məktəbi - Məsuliyyətli Atalığa Doğru” layihəsinin açılışı baş tutub

Hit: 1375
“Atalar Məktəbi - Məsuliyyətli Atalığa Doğru” layihəsinin açılışı baş tutub
30-31 iyul tarixlərində Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Atalar Məktəbi - Məsuliyyətli Atalığa Doğru” layihəsinin Sumqayıt, Mingəçevir, Lənkəran və Qax şəhərlərində açılış mərasimləri keçirilib. Ümumilikdə 119 nəfərin iştirak etdiyi açılış ailə münasibətləri və ailə planlanması mövzusuna həsr edilmiş təlim sessiyası ilə müşayiət olunub.
 
Açılış tədbirlərində BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin əməkdaşları Səbinə Manafova və Nailə Cəfərova, Gənclər və İdman Nazirliyinin gənclərlə iş sektorunun müdiri
Nərmin Aslanbəyli, eləcə də hər rayonun icra nümayəndələri iştirak edib.
 
İki ay davam edəcək “Atalar Məktəbi - Məsuliyyətli Atalığa Doğru” layihəsi gənc ataları və ata olmağa hazırlaşan şəxsləri hədəfləyərək onları övladların inkişafı prosesində fəal iştiraka cəlb etməklə ailələrdə oturuşmuş davranış normaları və gender əsaslı stereotiplərin dəyişdirilməsinə töhvə vermək məqsədi daşıyır. Layihə müddətində hər həftə sonu sessiyalar aşağıdakı
məkanlarda həyata keçiriləcək.
 
● Qax Heydər Əliyev Mərkəzi - Bazar günü saat 18:00
● Sumqayıt Gənclər Evi - Şənbə günü saat 11:00
● Lənkəran GənclərMərkəzi - Bazar günü saat 11:00
● Mingəçevir Gənclər Evi - Bazar günü saat 11:00
 
Layihədə qeyd olunan bölgələrdə yaşayan, məsuliyyətli atalıq konsepsiyası ilə tanış olmağa və öyrənməyə həvəsli olan gənc atalar və ata olmağa hazırlaşan şəxslər iştirak edə bilər. Layihəyə qoşulmaq üçün anketi (cutt.ly/0KAhD3G) dolduraraq və ya +994 (70) 504-45-47 nömrəsi ilə əlaqə saxlayaraq qeydiyyatdan keçmək tələb olunur.
 
“Atalar Məktəbi - Məsuliyyətli Atalığa Doğru” layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender-əsaslı zorakılığa qarşı” və “Cənubi Qafqazda gender əsaslı cins seçimi və aidiyyəti zərərli təcrübələrin aradan qaldırılması” proqramları çərçivəsində BMT-nin Əhali Fondu (UNFPA), BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women), Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi, Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı, “Gender Hub Azerbaijan” sosial platforması və “Azərbaycan Maarifçilər
Assosiasiyası” tərəfindən icra olunur.








Redaktorun seçimi