Mirhəsən Seyidov problemlərin həlli istiqamətində tapşırıqlar verib

Hit: 716
Mirhəsən Seyidov problemlərin həlli istiqamətində tapşırıqlar verib
Neftçala Rayon İcra Hakimiyyətinin başçısının rayonun yaşayış məntəqələrindəki sayca 20-ci vətəndaşların səyyar qəbulu Mürsəqulu kəndində keçirilib.  
 
Səyyar görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
 
Neftçala rayon İcra Hakimiyyəti başçısının Xol Qaraqaşlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi çıxış edərək kənd haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.
 
Çıxış edənlər son illərdə qeyri-neft sektorunun inkişafının dövlət siyasətinin əsas prioritet istiqaməti olduğunu bildirib, bu sahədə aparılan  islahatların ölkə iqtisadiyyatının gələcək inkişafına töhvələr verdiyini diqqətə çatdırıblar.
 
Görüşdə çıxış edən Neftçala Rayon İcra Hakimiyyəti başçısı Mirhəsən Seyidov tarixən neft-qaz sənayesi ölkəsi kimi tanınan Azərbaycanın Prezident İlham Əliyevin ardıcıl siyasətinin nəticəsində qeyri-neft sektorunun inkişafında uğurlu nəticələr əldə etdiyini görüş iştirakçılarının diqqətinə çatdıraraq Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi nəticəsində Azərbaycanın regionun söz sahibi ölkəsinə çevrildiyini vurğulayıb. Prezident İlham Əliyevin  və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ətrafında sıx yumruq kimi birləşən Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində tarixi torpaqlarımızı işğaldan azad etməsinin həm də güclü iqtisadiyyatımızın sayəsində baş tutduğunu diqqətə çatdıran rayon başçısı, Qarabağda və Şərqi Zəngəzurda qısa zamanda görülmüş böyük bərpa-quruculuq işləri barədə görüş istirakçılarını məlumatlandırıb.
 
Həmçinin, rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri, xüsusilə də, Xol Qaraqaşlı kənd İnzibati Ərazi Dairəsinə daxil olan yaşayış məntəqələrində görülmüş işlər barəsində kənd sakinlərinə ətraflı məlumat verib.
 
Səyyar qəbulda əsasən suvarma suyu ilə əkin sahələrinin təminatı, elektrik dirəklərinin və xətlərinin yenilənməsi, subsidiyaların vaxtında ödənilməsi, kənddə körpələr evi-uşaq bağçasına olan ehtiyac və digər məsələlər barədə təkliflər səsləndirilib. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, problemlərin və onların həlli yollarının araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.
 
Vətəndaşlar sonda aparılan abadlıq quruculuq, yenidənqurma işlərinə, xüsusən də, kəndin qazlaşdırılmasına və ümumilikdə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
 
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.







Redaktorun seçimi