Qobustanda Şəhidlər Xiyabanının açılışı olub - FOTOLAR

Hit: 1506
Qobustanda Şəhidlər Xiyabanının açılışı olub - FOTOLAR
Qobustan rayonunun Sündü kəndində yenidən inşa edilən Şəhidlər Xiyabanının  açılışı olub. Bu münasibətlə keçirilən tədbirdə Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, yerli icra strukturlarının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri və rayon sakinləri iştirak ediblər.
 
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Azərbaycanın bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhid olan hərbçilərimizin əziz xatirəsini bir dəqiqəlik sukutla yad etməklə başlayıb.
 
Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov çıxış edərək Azərbaycanda şəhid ailələrinə göstərilən dövlət qayğısından danışıb. A.Məmmədov qeyd edib ki, qəhrəman hərbçilərimizin, şəhidlərimizin keçdiyi şərəfli həyat yolu gənc nəsillər üçün örnəkdir və onların təbliği hər an aparılmalıdır.
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi