Neftçalanın icra başçısı vətəndaşlarla görüşdü - FOTOLAR

Hit: 945
Neftçalanın icra başçısı vətəndaşlarla görüşdü - FOTOLAR
Neftçala Rayon İcra Hakimiyyətinin başçısının rayonun yaşayış məntəqələrindəki sayca 19-cu vətəndaşların səyyar qəbulu Beştalı kəndində keçirilib. ⠀ 
 
Faktor.az xəbər verir ki, görüşdə Neftçala RİH başçısı Mirhəsən Seyidov, qurumun məsul şəxsləri, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
 
M.Seyidov rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri, xüsusilə də, Cəngan kənd İnzibati Ərazi Dairəsinə daxil olan yaşayış məntəqələrində görülmüş işlər barəsində kənd sakinlərinə ətraflı məlumat verib.
 
Səyyar qəbulda əsasən elektrik dirəklərinin və xətlərinin yenilənməsi, transformatorların ayrıclarla təmin olunması, pay torpaqlarının sərhədlərinin müəyyən edilməsi, fermerlər üçün yeni örüş sahələrinin ayrılması və digər məsələlər haqqında təkliflər səsləndirilib. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, problemlərin və onların həlli yollarının araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.
 
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.
1
1
1
1
1
1








Redaktorun seçimi