"Əsgərə xatirə kitabı" layihəsi şəhid və qazi ailələrinə bayram sovqatı paylayıb - FOTOLAR

Hit: 1054
"Əsgərə xatirə kitabı" layihəsi şəhid və qazi ailələrinə bayram sovqatı paylayıb - FOTOLAR
"Əsgərə xatirə kitabı" layihəsi Qurban bayramı münasibəti ilə silsilə tədbirlər təşkil edib.
 
Faktor.az xəbər verir ki, müqəddəs bayram günlərində "Əsgərə xatirə kitabı" layihəsinin komandası Ağcakəndə səfər ediblər. Səfər çərçivəsində Xocalı sakinləri, şəhid ailələri o cümlədən qazi ailələri ziyarət edilib, bayram sovqatları paylanılıb.
 
“Əsgərə Xatirə kitabı” layihəsinin rəhbəri Nuranə Şıxəliyeva bildirib ki, rəhbər olduğu qurum mütamadi olaraq şəhid ailərini, qaziləri ziyarət edir, onların problemlərini dinləyir. Qeyd edib ki, ölkə başçısı cənab Prezident İlham Əliyev onların sosial problemlərinin həllini dövlət siyasətinin prioritetlərindən biri elan edib və bununla əlaqədar məqsədyönlü tədbirlər həyata keçirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva onlara xüsusi qayğı göstərilməsini, təhsil, sağlamlıq məsələlərini daim diqqətdə saxlayır.
 
Şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq bildirib.
 
Qeyd edək ki, "Əsgərə xatirə kitabı" layihəsi bundan sonra da bu kimi tədbirləri davam etdirəcək.
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi