AzTU-nun rektoru Türkiyədə tədris-tədqiqat proqramında iştirak etmiş bir qrup tələbə və əməkdaşla görüşüb

Hit: 733
AzTU-nun rektoru Türkiyədə tədris-tədqiqat proqramında iştirak etmiş bir qrup tələbə və əməkdaşla görüşüb
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “Türkiyədə - 100 assistent tədris-tədqiqat proqramı”nda iştirak edib, Vətənə dönən bir qrup tələbə və əməkdaşla görüşüb. Rektor bildirib ki, proqram çərçivəsində AzTU əməkdaşları və tələbələr Türkiyənin müxtəlif universitetlərində müvafiq ixtisaslar üzrə iki aylıq tədris-tədqiqat prosesinə cəlb olunub. Məqsəd əmək bazarının tələblərinə cavab verən müasir biliklərə malik kadrların hazırlanması və Türkiyə universitetlərinin təcrübəsinin AzTU-da tətbiq olunmasıdır.  Qeyd olunub ki, tələbə və əməkdaşlar üçün belə fürsətlərin yaradılması onların şəxsi inkişafı və karyera planlaşdırması, eləcə də akademik və pedaqoji fəaliyyətlərinin daha da təkmilləşdirilməsi üçün faydalıdır.
 
Daha sonra Türkiyədən qayıtmış tələbə və əməkdaşlar təəssüratlarını bölüşüb, həmçinin proqram müddətində fəaliyytələri barədə ətraflı məlumat veriblər.








Redaktorun seçimi