İnsan Hüquqları və Qanunların Təbliği İB-də - YENİ TƏYİNAT

Hit: 842
İnsan Hüquqları və Qanunların Təbliği İB-də - YENİ TƏYİNAT
İnsan Hüquqları və Qanunların Təbliği İctimai Birliyininin Ümumi Yığıncağının qərarı ilə Xəlil Mahmudov qurumun Hüquqi məsələlərlə iş üzrə departamentinin rəhbəri təyin edilib. 
 
Qərarda deyilir: “Xəlil Mahmudov İnsan Hüquqları və Qanunların Təbliği İctimai Birliyininin sədri yanında  Hüquqi məsələlərlə iş üzrə departamentin rəhbəri təyin edilsin. 
Bakı şəhəri
 
05 iyul 2022-ci il”.
 
Qeyd edək ki, Xəlil Mahmudov 1998-ci ildə Qaradağ rayonunun Lökbatan qəsəbəsində anadan olub. Orta təhsilini həmin qəsəbənin Faiq Əliyev adına 166 saylı tam orta məktəbində, ali təhsilini isə Bakı Dövlət Universitetinin hüquq fakültəsində alıb. 
 
2020-2021-ci illərdə Dövlət Sərhəd Xidmətinin 2006 saylı hissəsində hərbi xidmətdə olub. 
 
İş fəaliyyətinə 2021-ci ildən Respublika Narkoloji Dispanserində hüquqşunas vəzifəsində başlayıb. 
 
Hal-hazırda 3 saylı Asan Xidmətdə hüquqi məsələlər üzrə mütəxəssis vəzifəsində çalışır. 








Redaktorun seçimi