“Əsgərə Xatirə” layihəsi Silahlı Qüvvələrin yaranması günü ilə bağlı tədbir təşkil edib - FOTOLAR

Hit: 1299
“Əsgərə Xatirə” layihəsi Silahlı Qüvvələrin yaranması günü ilə bağlı tədbir təşkil edib - FOTOLAR

“Əsgərə Xatirə” layihəsinin təşkilatçılığı, Müdafiə Nazirliyinin birgə əməkdaşlığı ilə “26 iyun -Silahlı Qüvvələrin yaranması” günü münasibətilə tədbir keçirilib.

Bakıda  “Panoromic” restoranında “Əsgərə Xatirə” layihəsinin təşkilatçılığı, Müdafiə Nazirliyinin birgə əməkdaşlığı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasında, qorunub-saxlanılmasında canından keçmiş və şücaət göstərmiş, eləcə də Vətən Müharibəsi zamanı vətəndaşlıq borcunu layiqincə yerinə yetirən şəhid və qazi analarına, həyat yoldaşlarına, bacılarına və qız övladlarına həsr olunmuş tədbir keçirilmişdir. 
 
Tədbir iştirakçıları ilk öncə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının - şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, tədbiri Dövlət Himninin oxunması ilə açıq elan etmişlər. 
 
Tədbirdə Millət vəkilləri Vüqar İskəndərov, Arzu Nağıyev, Müdafiə Nazirliyinin ehtiyyatda olan polkovnik-leytenantı Şura Musayev, “SARO çay” şirkətlər qrupunun Marketinq şöbəsinin müdiri Fərid Dadaşov, Beynəlxalq Turan Oyunları Komitəsinin prezidenti Fərid Əlizadə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Sabirabad rayon şöbəsinin sədri, 2-ci qrup Qarabağ qazisi Faiq Hüseynov,  şəhid anası  Abdurrəhmanlı Mehriban, şəhid yoldaşı Sona Abbasova, Xeyriyyəçi sahibkar “Creative Minds” uşaq bağçası və inkişaf mərkəzinin direktoru Xəyalə Əzizli, “Əsgərə Xatirə” layihəsinin fəxri üzvü, Uşaq İnkişaf Birliyinin təsisiçi və rəhbəri Aynur Musayeva, gənc rəssam Fuad Musayev, “Peşə yönümlü təhsilin inkişafına yardım” İB-nin sədri, yazar İradə Əlili, Atlas klinikasının rəhbəri, "Dədə qorqud Holdinq" prezidenti Nihad Əliyev, qazilər Famil Məlikov, Fəqan Musayev,, ATU Biologiya kafedrasının baş müəllimi Quliyeva Firəngiz, Gənc xeyriyyəçi və ictimai fəallar Musayeva Gülnar və Əliyeva Türkər, “Starkids Group” MMC-nin Rəhbəri Aygün Əliyeva, Modelyer- Dizayner Nərgiz Bağırova, Jurnalist Zəminə Rüstəmova, Bakı Klinikasının fizioterapiya şöbəsinin Sumqayıt, Neftçiler, Bakı filialının meneceri Mahirə Əhmədova, uzman fizioterapevt (Diamed) Sənan Cəfərov, “Bahruz Beauty”-nin rəhbəri Bəhruz Abdullayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyinin əməkdaşı Sənan Məmmədzadə həmçinin Sabirabad, Gəncə və Şamaxıdan gələn şəhid ailələri iştirak etmişdir.
 
Çıxış edənlər qeyd ediblər ki,  ümummilli lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, tarixi varislik ənənəsinə uyğun olaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olunub və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra ölkəmizdə milli hərbi təhsil sisteminin əsası qoyulub, Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılıb. Müstəqil Azərbaycanın ordu quruculuğu Ümummilli Liderin adı ilə bağlıdır. Dahi rəhbər 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalayıb. 2001-ci il 20 avqust tarixli Fərmana əsasən, Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılıb. Silahlı Qüvvələrin quruculuğu, təkmilləşdirilməsi və inkişafı prosesi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib, Azərbaycan Ordusunun döyüş qabiliyyəti, maddi-texniki təchizatı gücləndirilib. Məhz bu tədbirlər nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz 44 günlük Vətən müharibəsində düşmən üzərində tarixi Zəfər çalıb.
 
Tədbir iştirakçıları bir daha xatırladıblar ki, 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu düşmən təxribatının qarşısını almaq üçün genişmiqyaslı hərbi əməliyyatlara başladı. Cəmi 44 gün davam edən müharibə zamanı düşmən 30 ildən artıq tutduğu əraziləri boşaldaraq, mövqelərindən qaçmağa məcbur oldu. “Dəmir yumruq” erməni işğalçılarına elə bir zərbə oldu ki, onlar nəinki Azərbaycan torpaqlarını tərk etdilər, Ermənistan ordusunun özü darmadağın oldu. 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atan Ermənistan həm də bütün dünyada biabır oldu, müdafiəsiz qaldı. Bu gün də Ermənistanda ordu quruculuğu istiqamətində heç bir addım atılmır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə güclü dövlət quruculuğu strategiyasının uğurla reallaşdırılması, güclü iqtisadi potensialın və böyük maliyyə imkanlarının yaradılması müasir ordu quruculuğu və hərbi məsələlərin yüksək səviyyədə həll edilməsinə imkan yaratdı. Bu məqsədlə hər il dövlət büdcəsində müdafiə xərclərinə böyük vəsait nəzərdə tutuldu, ölkənin müdafiə sənayesi yaradıldı, ordu ən müasir silahlarla təchiz edildi, ölkəmizin hərbi sahədə əməkdaşlıq əlaqələri genişləndirildi və nəticədə Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasına daxil oldu.
 
Tədbirin bədii hissəsində, mədəniyyət işçisi Ramil Nabran, "Aysel" rəqs qrupu həmçinin mədəniyyət və incəsənət xadimi Nuray Rəhmanqızı öz doğum gününü və yeni klipini Şəhid övladlarına təqdim edərək hədiyyə etmiş və konsert proqramı ilə igid övladlarının qəlbinə sevinc bəxş etmişdir. Tədbirdə iştirak edən şəhid övladlarına bayram sovqatları, dəyərli hədiyyələr təqdim edildi.
 
Layihə rəhbərliyi çıxışı zamanı tədbirin ərsəyə gəlməsində dəstək olan,  “Əsgərə xatirə” layihəsinin fəxri üzvlərinə, cəsur və zərif qəhrəmanlarına, iş adamlarına, sahibkarlara, mədəniyyət xadimlərinə, digər idarə, müəssisə və təşkilatlara, tədbirin keçirilməsi üçün şərait yaradan “Panoromic” restoranının rəhbərliyinə və işçi kollektivinə, televiziya və media nümayəndələrinə, eləcə də tədbirə “əliboş gəlməyən”,tədbir iştirakçılarına hədiyyə təqdim edən - “SARO” şirkətinə xüsusi minnətdarlığını bildirmişdir.
 
Tədbirin sonunda layihənin fəxri üzvləri “Hərbi vətənpərvərlik Tərbiyəsində və Hərbi Əməkdaşlıq Sahəsindəki Xidmətlərinə görə”  fəxri fərmanlarla təltif olunmuşdurlar.
 
Qeyd edək ki, “Əsgərə xatirə”  Layihəsi yarandığı gündən daima dövlət və dövlətçilik maraqlarına uyğun olaraq bir çox sosial aksiyalar, gənc nəsildə vətənpərvərlik ruhunun aşılanması, həmçinin əsgərlərin döyüş ruhunun yüksəldilməsi istiqamətində bir çox təbirlərə təşkilatçılıq edib.

Faktor.az
1
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi