Neftçalanın icra başçısı vətəndaşların problemlərini dinləyib

Hit: 882
Neftçalanın icra başçısı vətəndaşların problemlərini dinləyib
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaşların növbəti səyyar qəbulu Xəzər kəndində həyata keçirilib. ⠀ 
 
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
 
Neftçala rayon İcra Hakimiyyəti başçısının Xəzər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi çıxış edərək Xəzər kəndi  haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.
Çıxış edənlər insan hüquqları və ölkəmizdə bu istiqamətdə görülən işlər, yetkinlik yaşına çatmayanların hüquqları və müdafiəsi, 44 Günlük Vətən müharibəsindəki qələbəmiz, yeni yaradılan Rəqəmsal İcra Hakimiyyəti haqqında iştirakçıları məlumatlandırıblar. 
Görüşdə çıxış edən Neftçala RİH başçısı Mirhəsən Seyidov Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı uğurlu siyasətdən, Birinci Vitse Prezident Mehriban xanım Əliyeva tərəfindən vətəndaşlara göstərilən diqqət və qayğıdan, 44 Günlük Vətən müharibəsindəki qələbəmizdən, işğaldan azad olunan torpaqlarımızın Prezident İlham Əliyevin göstərişlərinə əsasən sürətlə abadlaşdırılmasından danışıb, rayon ərazisində aparılan abadlıq-quruculuq, yenidənqurma işləri, Kür çayının mövcud vəziyyəti barədə kənd sakinlərinə ətraflı məlumat verib.
 
Səyyar qəbulda əsasən yol infrastrukturundan, telekommunikasiya qovşaqlarının mövcud vəziyyətindən, elektrik xətlərinin yenilənməsi, subsidiyaların verilməsi,kanalların məcra təmizlənilməsi işlərinin görülməsi və digər məsələlər haqqında təkliflər səsləndirilib. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.
Vətəndaşlar aparılan abadlıq quruculuq, yenidənqurma işlərinə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
 
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az
 portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.







Redaktorun seçimi