Dövlət qulluqçularının Peşə Bayramı Neftçalada qeyd olunub - FOTOLAR

Hit: 950
Dövlət qulluqçularının Peşə Bayramı Neftçalada qeyd olunub - FOTOLAR
Neftçalada 23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı qeyd olunub. Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov və məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, digər idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri və ağsaqqallar iştirak ediblər.
 
Faktor.az xəbər verir ki, əvvəlcə Neftçala şəhərində ulu öndər Heydər Əliyevin abidəsi və şəhidlərin şərəfinə ucaldılan xatirə kompleksi ziyarət olunub.
 
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi sükutla yad edilib.
 
Tədbirdə çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov bildirib ki, sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi ümummilli lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayıb. Prezident İlham Əliyevin bu islahatları qətiyyətlə davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artmaqdadır. Bildirilib ki, respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyənləşdirilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradılıb.
 
Digər çıxış edənlər də dövlət qulluğu sisteminin formalaşmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən, dövlət qulluqçularının etik davranış qaydalarından, dövlət qulluğunda gənclərin rolundan, həmçinin rayonda görülən işlərdən danışıb, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkür və minnətdarlıqlarını bildiriblər.
 
Tədbirin sonunda dövlət qulluğunda səmərəli fəaliyyətinə görə bir qrup şəxs fəxri fərmanlarla təltif olunublar.
1
1
1
1
1








Redaktorun seçimi