Faktor.az xəbər portalının AÇIQLAMASI

Hit: 869
Faktor.az xəbər portalının AÇIQLAMASI

Faktor.az xəbər portalında 02 aprel 2017-ci il və 17 sentyabr 2018-ci tarixli buraxılışında  Şəbnəm Əsədova ilə bağlı digər xəbər portalına istinadla dərc edilmiş məlumat qarşı tərəfdə narahat doğurduğu üçün dərhal saytdan çıxarılmışdır. Portal rəhbərliyi bu kimi məlumatları dərc edərkən daha da diqqətli olmaları üçün öz əməkdaşlarına tapşırıq verilmişdir. 

Xatırlatmaq istəyirik ki, fəaliyyətini şəffaflıq və oxucu məmnunluğu prinsipləri üzərində quran "Faktor.az" xəbər portalı fəaliyyət göstərdiyi 2015-ci ildən bu vaxta qədər hər zaman KİV haqqında qaydalara düzgün riayət edib, cəmiyyətə düzgün informasiya çatdırmaqda öz töhfəsini vermişdir. 

Hər bir sahədə olduğu kimi, media sahəsində də peşəkarlığın əsas göstəricilərindən biri peşə etikası faktorudur. Mediada peşə etikasına riayət edilməsi, müəllif hüquqları, məlumatların dəqiqliyi və qərəzsiz obyektiv yanaşmanın təmin edilməsi, əxlaq normalarının gözlənməsi və s. məsələlər peşəkar medianın inkişaf etdirilməsi kontekstində daim diqqətimizdə saxlanılır 

 

FAKTOR.AZ xəbər portalı

www.faktor.az









Redaktorun seçimi