Sakinlər 14 ildir yaşadıqları mənzilin sənədini ala bilmirlər - FOTOLAR

Hit: 1325
Sakinlər 14 ildir yaşadıqları mənzilin sənədini ala bilmirlər - FOTOLAR
Bakı şəhəri, Nəsimi rayonu Qulu Quliyev küçəsi "Star-M" Mənzil Tikinti Kooperativində yaşayan sakinlər 14 ildir ki, öz mənzillərinə mülkiyyət hüququ verən dövlət sənədini (Çıxarış) ala bilmirlər.
 
Bu barədə BAKU.NEWS-a "Star-M" Mənzil Tikinti Kooperativində yaşayan sakinlər məlumat veriblər.
 
Sakinlər bildirir ki, dəfələrlə "Star-M" MTK şirkətinə müraciət edilib lakin heç bir nəticəsi olmayıb. Bununla yanaşı İqtisadiyyat Nazirliyinə o cümlədən müvafiq qurumlara sakinlər tərəfindən göndərilən çox saylı şikayət məktublarının heç bir nəticəsi olmayıb.
 
Sakinlər bildirir ki, ölkə başçısı cənab İlham Əliyevin 19.02.2019 tarixində "Bir sıra çoxmərtəbəli binaların ilin sonuna kimi istismara verilməsinin sadələşdirilməsinə dair" imzaladığı Fərmana baxmayaraq "Star-M" MTK şirkətinin rəhbərliyi və müvafiq əlaqələri qurumlar məsələyə laqeyd yanaşır və məsuliyyətdən boyun qaçırırlar. Sakinlər bildirir ki, 14 ildir ki, yaşadıqları ərazidə qeydiyyata düşə bilmirlər bu da onlara bir sıra çətinliklər yaradır.
 
Sakinlər hazırda problemin nə vaxt həll olunacağını bilmirlər.
 
BAKU.NEWS məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır.
1
1
1
1
1
1








Redaktorun seçimi