Elon Maskdan araqarışdıran paylaşım - FOTOLAR

Hit: 1045
Elon Maskdan araqarışdıran paylaşım - FOTOLAR

Günlərdir Türkiyə ilə Yunanastan arasında səngimək bilməyən gərilim davam etdiyi sırada

SpaceX-in qurucusu və Tesla şirkətinin rəhbəri İlon Mask sosial media hesabından bu səfər maraq doğuran paylaşım edib. Mask paylaşımında yatan bir yunan əsgərinin karikaturasının altından “Konistantinapol 1453” yazıb. Elə məsələ də bundan sonra ortalıqda tozu dumana qatıb. Bu qeydlə bağlı paylaşımlar yağış kimi yağdı. Yorumlar haqqında isə danışmaq olduqca maraqlıdır. İş o yerə qədər irəlilədi ki, Elon Maskın türk olduğunu deyən, hətta bu məsələdə yunan tərəfkeşlərininin Elonu gerçəkdən türk olmağı ilə suçlaması da diqqətləri çəkdi.
Təbii ki, Maskın paylaşımı ən çox qardaş Türkiyədə əks səda doğurdu. Milli Müdafiə Universitetinin rektoru və tarixçi Ərhan Afyoncu da İlon Maskın “1453” mesajı ilə bağlı həqiqəti açıqlayıb. Rektor və tarixçi Ərhan Afyoncu İlon Maskın Twitter hesabında paylaşdığı və sosial mediada gündəm yaradan “1453” cizgi filmi ilə bağlı əfsanəni açıqlayıb. İlon Mask öz Twitter hesabında çarpayısında uzanmış Bizans əsgərinin “Darvazanı bağladımmı?” deyən karikaturasını paylaşıb. Karikaturanın altında “Konstantinopol 1453” yazısı da yer alıb.
Rektor və tarixçi Erhan Afyoncu sosial media hesabında bunları deyib:
 
Elon Musk, İstanbulun fəthi ilə bağlı tvitində "Açıq unudulmuş qapı" əfsanəsinə istinad edir. Açıq qapı şayiələrinin reallıqla heç bir əlaqəsi yoxdur. Bu fəthin möhtəşəmliyini gözdən salmaqdan başqa bir şey deyildir. Mühasirə zamanı hər kəsin açmağı unutduğu güman edilən Kerkoporta qapısı dünya tarixinin gedişatını qətiyyətlə dəyişdi. Hammerdən Stefan Zveyqə qədər bir çox qərb tarixçisi və yazıçısı İstanbulun fəthinin son mərhələsini belə təsvir edir:
 
Divarların arasında dolaşan bir neçə türk əsgəri, Ədirnekapı ilə Əyriqapı arasında “Kerkoporta/Cambazhane” adlanan kiçik piyada qapılarından birinin anlaşılmaz bir unutqanlıqdan açıq qaldığını görür. Digər əsgərlərə də xəbər verilir və türklər bu qapıdan girərək İstanbulu fəth edirlər. Kiçik bir təsadüf, hər kəsin unutduğu qapı olan Kerkoporta dünya tarixinin gedişatını dəyişdi. Bu məlumat yalnız Dukas Tarixində mövcuddur. Dukas da mühasirə zamanı İstanbulda deyil, Midillidə idi. Onun iddiası dövrün digər mənbələri ilə uyğun gəlmir. Dövrün türk qaynaqları Barbaro və Dolfin araşdırıldığında fəthin son mərhələsinin olduğu anlaşılır. Açıq qapı şayiələrinin həqiqətlə heç bir əlaqəsi yoxdur.
Dediyim kimi, bu türklərin fəthini gözdən salmaq üçün uydurulmuş bir nağıldır.Bu söz-söhbət qərbdə də çox yayılmışdır. Ancaq yerli və xarici tarixçilərin əksəriyyətinə görə, türk əsgərləri bugünkü Topqapıya yaxın bir yerdən döyüşərək şəhərə daxil olublar.
 
Əslində bu bölgənin adı işğaldan sonra top və kanalizasiya nəticəsində divarları dağıdıldığı üçün Top Yıxığı mahalı adlandırılmışdır. Fateh və əsgərləri açıq qapıdan deyil, divarları yıxaraq şəhəri fəth etdilər. 
 
Bu günlərdə İsrailin xarici işlər nazirliyi də öz vətəndaşlarına müraciət edərəlk, tezliklə istanbulu tərk etmələrini bəyan etmişdir. Bəziləri idddia edirdilər ki, guya İstanbula atom bombası atılaması planlaşdırılır. Əslində İsrail vətəndaşlarına bu çağrışı birilərinin dediyi kimi, İstanbula atılacaq atom bombasına görə deyil, İranın milli istehbarat təşkilatının əməkdaşlarının İstanbulda israillililərə qarşı törədəcəkləri terrora görə etdiyi məlumdur.
**
Əziz oxucu, bu girişi yazmaqla bildirmək istərdim ki, bu mövzuda illər öncə bir neçə yazı və hətta bir kitab da yazmışdım. Məsələnin aktuallığını nəzərə alaraq o yazılardan birini sizlərə təqdim edirəm. Sizlərin də bildiyiniz kimi, “İstanbul”, “1453 - cü il”, “fəth”  kimi qavramlar, adlar və rəqəmlər adi bir işarətlər deyil. Özəlliklə bu gün İstanbul dünya və xristianlar üçün olduqca aktual bir mövzuya çevrilmişdir. Fikrimi dəqiq çatdırmaq və Elon Maskın qeydlərinin alt qatını düzgün anlamaq üçün bu yazını təqdim edirəm:
 
 
Onların gerçək hədəfi
Sənə 1453-cül idir.
Fateh ordusuyla istanbuldadır. Onun qafasında oyur-oyur oynayan yalnız Ayasofiyadır. Türklərin gəlişindən qorxub gizlənən şəhər əhailisinin təminatını, qorunmasını nəzarəti altına alır. Kimsənin burnu qanamayacağına söz verir. Bizansda olan, bu torpaqlarda yaşayan milliyyətindən və dinindən asılı olmayaraq, hər kəsin öz adət-ənənəsi, inancı üzərində həyatını davam etdirməsinə bir cahan sultanı olaraq imkan yaradır. 
Bu arada Fateh Sultan Məhmədə 2 - ci Anastasionun istefasından bəri patriklik məqamının boş qaldığı bildirilir. Fateh otadoks rumlarını təşkilatlandırır, yeni bir patrikin seçilməsini əmr edir. Kilsənin başqanları bir araya gələrək özlərinin inancı çərçivəsində, örf-adətlərinə uyğun olaraq Georqi Kortesios Skolariası səs çoxluğuyla patrik seçdilər. Beləcə, ortadoks kilsəsinin istiqlalını elan edərək şərq xristiyanlarının Roma kilsəsinin əsarətindən qurtuldular.
Fateh möhürüylə patrikə Bizans İmperatorları tərəfindən veriləndən heç də aşağı olamayan bir fərman verdi. Fermanda deyilirdi: “ ... Kim olursa olsun, heç bir kimsə ona ilişməsin, özü və tabeçiliyindəki papazlar hər cürə ümumi xidmətlərdən   uzaq tutulsun, kilsələri məscidlərə təhvil verilməyəcəkdir. Evlənmək və dəfn  işləri, sair adət işləri Rum kilsə və adətlərinə görə əvvəllər olduğu kimi həyata keçiriləcəkdir.” Bu fərman sonralar da taxta çıxan hər bir padişah tərəfindən yeniləndi. İstanbul Patrikliyinin dövlət içində müstəqil bir camaat, topluluq halında yaşamasına, yerləşməsinə icazə verdi. Patrik saray divanında Millət Başı olaraq  hər zaman söz almaq, fikir bildirmək haqqına da sahib idi.
1454-cü ildə Avropada hələ reforumlar həyata keçirilib azınlıq anlayışı ortaya çıxmamışdan əvvəl osmanlılar öz hakimiyyətləri, idarə üsulları altındakı millətlərə azınlıq statusunu vermiş, onların bütün haqlarını tanımışdılar.
Istanbula daxil olan Fateh Ayasofiya məsələsini çözür.Tarixdə misli görünməmiş bir addım atır. Bu möhtəşəm insanlıq məbədgahının - Ayasofiya kilsəsinin sağından və solundan gecəylə minarələr qaldırır. Bu hazırlıqdan sonra sübh namazını burda qılır. Beləliklə, xristian abidəsinin deyil, xristian dünya görüşünün, mədəniyyətinin islamın içərisinə rahtlıqla alına biləcəyini və qoruna biləcəyinin mesajını ibadəti, imanı, şəxsiyyəti, taleyi ilə ortaya qoyur. 
Ancaq əsrlərdir xristianların Səlib yürüşlərinin qarşılığı olaraq bu eşqli padişah öc almır, tarixlərə şayan daha gözəl bir mədəniyyət nümayiş etdirir. Onun bu hərəkəti mənə bir az da “Əsli və Kərəm” dastanını xatırladır. Bir az da yox, eynən orda baş verən  olayların, hadisələrin bir az da böyük maaştapı, bir az da fərqli boyutları  ”Əsli və Kərəm”  dastanında cərəyan edir. Ümumiyyətlə, xalqımızın dastanları, nağılları vasitəsiylə gələcək nəsillərə verdiyi mesajların o qədər də anlaşıldığı inancıənda deyiləm.(Simvol olaraq kilsəni Əsli, minarə, məscid anlayışını Kərəm obrazıyla kontlaşdırmaq mümkün. Simvollar olmadan millətlər öz tarixi keçmişindəki özəlliyi dəqiq ifadə baxımından gələcəyə fokslaya bilməz:-x.t.)
Aradan əsrlər keçir. İstanbul öz sakral içəriyini, mahiyətini və özəlliyini məncə, müsəlmanların bu şəhərə daxil olmasıyla artırıb yaşadır. Bu şəhər dünya şəhərləri içərisində, özəlliklə, xristian aləmi üçün vaz keçilməz bir məkandır. Üç mədəniyyətin və dinin kəsişdiyi, Avropayla Asiyanın ortasında İlahi bir təsdiq kimi özünün gah minarələrlə, gah insanlarının  dualarıyla, gah Boğazdan keçən gəmilərin tüstüləriylə, gah uçan quşlarıyla, gah da bu şəhər uğrunda şəhid olmuş o gözəl insanların başı üzərində hələ də dolaşan ruhlarıyla hər an bir göz dağı halına gəlib. İstanbul, Fatehin səyi sayəsində xristian dünyasının bu gün dünyaya edəcəklərinin min qat artıq zülmün, iyrəncliyin, oyunbazlığın, kurnazlığın qarşısını alır. Dünya bunun fərqindədir. Anqlo-sakson mədəniyyəti, xristian dünyası İstanbulda böyük güclərin boğazında ilişib qalıb. 
Bu gün yaxşı başa düşüləndir ki, şərqdə baş verənlərin heç də ərəb ölkələrinin, xalqlarının məzlum duruma saldırılması, tiranların, diktatorların tərəfindən ölkələrin qara günə düşməsi, düşürülməsi deyil! Məqsəd gün kimi aydındır: bizə bəxş edilmiş yer kürəsini əllərində istədikləri şəkildə muma döndərmək, oyuncağa çevirmək üçün, nəyin bahasına olur olsun, İstanbula sahib çıxmaq, ona yenidən yiyələnmək  lazımdır! Ancaq bu sahiblənməyin onlar tərəfindən olub olmayacağı isə, bu gün sual altındadır. Xristian dünyasının gəldiyi qənaətə görə isə, guya onların qurtuluşu, Ayasofiyadan, İstanbuldan keçir!!
İstanbul yalnız Türkyə Cümhuriyyətinin ən qədim tarixi mədəniyyət mərkəzi deyil, o dünyanın nəzərindən çəkilməyən, savaşlara rəvac vermiş və yeni savaşlara rəvac verəcək bir məkandır. Xristian aləmi, Vatikan da Yeni Dünya Nizamına keçidin bu şəhərin üzərindən cərəyan edəcəyinə dəhşətli dərəcədə inanırlar.
 
Xanəmir Telmanoğlu








Redaktorun seçimi