Mirhəsən Seyidov rayon sakinləri ilə görüşüb - FOTOLAR

Hit: 863
Mirhəsən Seyidov rayon sakinləri ilə görüşüb - FOTOLAR
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edib.
Aşağı Qaramanlı  İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi çıxış edərək kənd haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.
 
Çıxış edən YAP-nın Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Elmira Tağıyeva  və Gülrux Nağıyeva 1993-cü ilin 15 iyun günü hər bir vətənpərvər azərbaycanlı üçün çox əzizdir. 29 il öncə yenicə müstəqilliyini qazanan respublikamızı dağılmaqdan, məhv olmaqdan, vətəndaş qarşıdurmasından xilas edən Ulu Öndər Heydər Əliyevin düşünülən siyasəti sayəsində Azərbaycan öz müstəqilliyini və dövlətçiliyini qoruyub saxlaya bilməsindən, Ümumilli Lider Heydər Əliyevdən sonra isə bu siyasəti Prezidentimiz cənab İlham Əliyev uğurla davam etdirir, Azərbaycanın daha da möhkəmlənməsi, qüdrətlənməsi istiqamətində çalışması və yeni yaradılan Rəqəmsal İcra Hakimiyyəti haqqında iştirakçıları məlumatlandırıblar. 
 
Görüşdə çıxış edən Neftçala RİH-nin başçısı Mirhəsən Seyidov Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasətindən, təhsil alan gənclər üçün daha rahat təhsil ocaqlarının inşa edilməsindən, Birinci vitse- prezident Mehriban xanım Əliyevanın uşaqlara göstərilən diqqətindən, 44 Günlük Vətən müharibəsindəki qələbəmizdən, işğaldan azad olunan torpaqlarımızın Prezident İlham Əliyevin göstərişlərinə əsasən abadlaşmasından və rayon ərazisində aparılan abadlıq- quruculuq, yenidənqurma işləri, Kür çayının mövcud vəziyyəti haqqında məlumat verib.
Səyyar qəbulda əsasən yol infrastrukturundan, elektrik xətlərinin yenilənməsi, məktəbin istilik sistemi ilə təminatından, qəbiristanlıqların təmizlənməsi və digər məsələlər haqqında təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.
Vətəndaşlar aparılan abadlıq quruculuq, yenidənqurma işlərinə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
 
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi