Bullinqə qarşı mübarizə istiqamətində yeni layihəyə start verilir

Hit: 816
Bullinqə qarşı mübarizə istiqamətində yeni layihəyə start verilir
Azərbaycan Gənclər Fondunun dəstəyi, “Sağlam Gəncliyə Doğru” İctimai Birliyinin təşkilatçılığı, “İrəli” İctimai Birliyinin tərəfdaşlığı ilə “Stop or Stop it” layihəsinə start verilir.
 
“İrəli” İctimai Birliyinin Mətbuat xidmətindən Faktor.az-a məlumat verilib ki, layihə çərçivəsində qeydiyyat və müsahibə mərhələsini uğurla başa vurmuş 25 nəfər gənc  bullinqlə mübarizə, fizioqnomika, şəxsiyyət kimi formalaşma, “təlimçilər üçün təlim”, “nifrət nitqinə yox” və digər mövzularda müxtəlif təlim sessiyalarına qatılacaqlar.
Həmçinin bildirilib ki, layihənin növbəti mərhələlərində gənclər öyrəndikləri bilik və təcrübələri təlim və görüş formatında digər gənclərlə bölüşəcəklər. Bullinq mövzusunun aktuallığını nəzərə alaraq layihənin həyata keçirilməsi nəticəsində gənclərin bu sahədə öz üzərində işləyərək təlimçi kimi formalaşması təmin ediləcək.
Qeyd edək ki, “Stop or Stop it” layihəsinin əsas məqsədi Azərbaycanda gənclər arasında bullinqlə mübarizəni gücləndirmək, onun fəsadları haqqında maarifləndirmə aparmaq və gənclərdə özünəinam, şəxsiyyət hissinin formalaşmasına yardımçı olmaqdır.
 
Layihədə iştirak etmək istəyən 16-29 yaş aralığında, təşəbbüskar, motivasiyalı, məsuliyyətli gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://bit.ly/stoporstopit 
 








Redaktorun seçimi