7 mediatrın fəaliyyəti 6 aylıq dayandırılıb

Hit: 921
7 mediatrın fəaliyyəti 6 aylıq dayandırılıb
“Ötən il mediasiya proseslərindən 752-si barışma sazişi ilə yekunlaşıb”.
 
FAKTOR.AZ xəbər verir ki,  bunu Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov bu gün keçirilən “Azərbaycan ailə modelinin inkişaf strategiyası” adlı konfransda deyib.
 
Onun sözlərinə görə, bu il ərzində 1105 ailə mediasiya problemi ilə bağlı müraciət edib: “Onlardan 395-i barışıq sazişi ilə yekunlaşıb. Hazırda 286 mediatr, Bakı şəhərində isə 15 mediasiya təşkilatı var. 59 mediatra xəbərdarlıq edilib, 7 mediatrın isə fəaliyyəti 6 aylıq dayandırılıb”.








Redaktorun seçimi