Qisas Nuhdan (necə) alınır - Xanəmir Telmanoğlu yazır

Hit: 701
Qisas Nuhdan (necə) alınır - Xanəmir Telmanoğlu yazır

Birinci yazı

Bu ölkədə illərdir, bəzi fikir, düşüncə, qələm adamalrı var ki, yazıya, düşüncəyə soyunurlar. Ən həssas nöqtələrə basır, xalqın qüruru ilə oynayırlar. Bəs buna müqabil xalq nə edir? Xalq onun qüruru ilə necə oynandığını görmürmü? Görürsə nə cavab verir  və verə bilir? Ümumiyyətlə, xalqın ünvanına hesablanmış bu “əxlaqi” terrora qarşı xalq nə reaksiya verə bilib?
 
Bu adamları, bu bir qurub zübbəli zümrəyə məxsus bireyləri sapına kimi tanıyıram. Onlar üçün Azərbaycanda dəyərli, qutsal heç bir şey yoxdur. Onlar üçün yox olan nə varsa, o da yoxdur.  Bunlar arasında xalqın - dövlətin onlara yüksək etimad göstərərək lüks yaşam imkanları sunmasına baxmayaraq, onların da yüksək səviyyədə nankorluq nümayiş etdirmələri, onları da nadan zübbəlilər sinifə mənsub olduqlarını təsdiqləyir. İllərdir bir neçə mövzunu xalqın ən həssas partlayış nöqtəsinə çeviriblər: 
1. Azərbaycan qadınları barəsində əxlqlı olmayan ifadələr işlətmək dəbə çevrilib. ( Qəribədir, bir dəfə belə bir yazı qaralamış birisiylə söhbətimdə dedim ki, Azərbaycan qadınlarına qarşı işlətdiyin o şəərəfsiz ifadəni öz anana, bacına, arvadına, qızına da şamil edirsənmi?  Yerindən ilan kimi fırladı, dəliyə döndü, ac qaldı məni öldürsün.Uzatmıram:-x.t.)
2. İslam dini ilə bağlı hər kəsə dilotu yedizdirən bir neçə mövzu var: sünni-şiə, zina, içgi, peyğəmbərin çoxevliliyi və.s... O dediyim şəxslər həmişə bu mövzulara tərs, qıcıqlandırıcı tərzdə yaxınlaşmağı sevərlər. Çünki toplumun bu həssas nöqtələrinin dəqiq bilirlər.
3. Azərbaycan xalqının əsrlərdir istinad etdiyi, sayğı duyduğu tarixi şəxsiyyətlərin bir qüsurunu uydurub üzərinə düşmək  sanki  onların zövq mənbəyidir. Cavanşir, Babək, Şah Xətai kimi tarixi şəxsiyyətlərin hər hansı bir olumsuz cəhətini arayıb “tapar”,  ordan tufan qopardarlar. (Yəni ki bu adamlar “heç vaxtı haqsızlığı qəbul etmirlər” görüntüsünü olduqca mükəmməl şəkildə səhnələşdirməkdən geri durmurlar.
4. Son zamanlar belə bir özəl anlayışı məzənnəsinə mindirlməyə çalışılan fenministlik şarlatanlığı və alverçiliyi üzərindən manipülyasiya etmək artıq adət halını almışdır.
Mən mövzu şıqqını artıra, uzada bilərdim. Əsasən bu ana temalar üzərindən gəzişmələr edərək öz tanıtım piarını işə salanların məhşurlaşmaqdan başqa bir niyyətinin olmadığı sonda anlaşılır.  Yəni bir insanı bir ölkədə, bəzən dünyada tanısınlar deyə, xalqın, insanların heysiyyatını qorxunc zərbələr altında qoyub onurunu, qürurunu sındırmağa dəyərmi? Bəzi kəslər elə bir xarakter və kişiliyə sahibdir ki, onlara belə bir sual vermək və ya onları bu cür suallarla mühakimə etmək qorxunc dərəcədə gülüncdür. 
İndi son zamanlar “İstanbul anlaşması” deyilən məhşur müqavilədən sonra (“Qadınlara Qarşı Zorakılıq və Məişət Zorakılığı, onların qarşısının alınması və onlara qarşı mübarizə haqqında Avropa Şurasının Konvensiyası” nəzərdə tutulur:-x.t. ) Azərbaycanda feminizm hərəkatı vüsət almağa başladı. Buraxsan, tapdalayıb, əzib, xınc edib keçəcəklər. Azərbaycanda qadın problemi var imiş, biz bilməmişik. Azərbaycanda kütləvi şəkildə qadınlar zorlanır, döyülür, söyülür, alçaldılır, aşağılanır, təhqir edilir, kölələşdirilir, sayılıb seçilmir, dövlət və hakimiyyət strukturlarında təmsil olunmurmuşlar. Savadsızlığın, oxuma yazma bilməyin səviyyəsi sıfırdaymış.  Gəlin, bu fenomenal feminist sülək casuslarından üzr istəyək. Anqlo-saksonizmin bizim kimi ölkələrə dayatdığı bütün istəklər və tələblərin arxasında belə məsumiyyətlər əsla özünü büruzə vermiyə bilər. Ancaq bu səriştəsiz aktiyorların və aktrisaların sərxoşluğunun hansı füsunkar şərablardan cuşa gətirildiyini bilənlərdən biri də bizik. Bu da əminliklə deyirəm, kəsin və netdir ki, istənilən əyləmin, hərəkatın, səs-küyün arxa planı vardır və bu arxa plandakı əsl səhnələri, müəllifi, oyunçuları görməzlikdən gəlmək ötən əsrlərin gerizəkalı işi ola bilər. Bu gün, oyunlar açıq, net, birbaşa, vasitəçilərsiz oynanılır həm də. Nə qədər qapalı, gizli, örtülü, gözdən pərdə asmalarla müşaiət olunsa belə, yenə də cəmiyyətə, ölkələrə, dövlətlərə verilən mesajları sapdırmadan, dəqiq tutmaq mümkündür. 
Xalq hər zaman düzdür, doğrudur. Çünki o yaşadığını dilə gətirir və yaxut yaşadığının qarşılığını ödəyir. Fərdlər, şəxslər düşündüklərini, uydurduqlarını ifadə edir, əvvəl - axır da o uydurduqlarının bədəlini hər hansı bir şəkildə ödəməli olur. Allah isə haqqı, həqiqəti, doğru olanı töfsiyyə edir. Bu üçgəndə ( Allah – Xalq-(cəmiyyət) -Fərd(şəxs)) sisteminin  səthində mədəniyyətin bir gəmisi görsənir. Bu gəmi eynən tufandan qurtardıqları ilə sonsuzluğa doğru üzüb gedən bir Nuh gəmisidən başqa bir gəmi deyildi. Biz, bu gün, öz varlığımızdakı elementləri, var oluşumuzu və  kimliyimizi tufandan qoruyaraq hifz edə bildiyimiz oranda təqdim edə bilirik. Məhz bizim bu həqiqət, gerçəklik də o gəmidən, o gəminin dözümündən, içində bulunan xalqdan, canlılardan, varlıqlardan çox asılıdır. Bəs yaxşı nəyə görə bu gəmini təhlükəyə məruz qoyur və yaxut sərnişinlərini təlaşa sövq edirlər. Bu tarixsəl, etnik, mədəni gəmi var olduğu müddətcə tufan vardır. Bu tufan gözlənilir və bu tufan hardasa bitmişə də bənzəyir. Bu saldırqanlar isə gəmiyə minməməkdən imtina edənlərdir. Onlar gəmiyə minə bilmədikləri, minməkdən imtina etdikləri üçün saldırmırlar. Onlar çoxunluğun gəmiyə mindiyinə, gəmidə böyük bir kütlənin, sərnişinlərin oluşumuna sitəm edir, etirazlarını bildirirlər əslində. Onlara görə, gəmi boş qalmalıdır. Gəmi yalnız səyahətlər üçün lazımdır, yük daşımaq üşün vacibdir. Onlar üçün gəmi heç vaxtı varlığı qoruma, həyatı qurtarma, ilahi tarixi yaşatma prinsipinə “əməl etməməli”dir, yararlı olamaz. Təbii ki, bu sitəmlərin hədəfi olaraq başında bu işin memarı öncəliklə Ulu Yaradıcı Güc, sonra  Nuh gəlir. Çünki o gəminin inşaası da, insanlara edilən xəbərdarlıq da, inananları gəmiyə yerləşdirən də odur, NUHdur. Hər zaman cəmiyyətdə sitəm edənlər, xalqı aşağılayanlar, onurunu zədələməyə mütləq bir bəhanə arayanlar, gəmiyə, içindəkilərə, TUFANA ( ictimai çalxantıya, sistemin dəyişiminə, özlərinə görə cəmiyyətdəki bəzi neqativ bildikləri hallara:-x.t.)  görə sitəm etməzlər. Onların əsl sitəmi NUHa olur ki, “sən niyə gerçəkləri yer üzünə tanıdırsan, nəyə görə ardınca gedənlər çoxdur, niyə onlar bizdən ayırılıblar, ayrılmalıdırlar?” suallarının doğurduğu misitik, metafizik, həm də ictimai şüuraltı dalğalarıdır.  Məsələ budur, niyə qurtulanları bizdən ayırdın? Biz, nə vaxtsa onlarla bir bütöv idik. İmana, gözəlliyə, tək olana qarşı onlarla, iman edənlərlə biz birgə idik, birlikdə hərəkət edirdik. (İmansızlıq bizi bir yerdə saxlayır, tututr və göstərirdi:-x.t.) Ancaq sən, ey Nuh, yəni, ey həqiqət olan, bizim gücümüzü, kimliyimizi parçaladın, böldün və gəmiyə toplayıb onları yaşatdın. Düzdür, biz yoxuq. Tufanda məhv olduq. Ancaq qurtulanların xatirəsində biz də varıq, elə ona görə də sitəm edirik. Biz onların yaddaşında deyil, öz varlığımızla var olmağın savaşını aparırırq. Biz qurtulanların yaddaşında dirildikcə görünür və qarşıdurmamıza rəvac veririk. Biz bu cəmiyyətdə (yer üzündə:x.t.) qurtulmuşların yaddaşında yaşamaq, var olmaq istəmirik. Bax, bizim əsl sitəmimiz, etirazımız, savaşımız budur: yarımçıq küfrümüzü, yarımçıq kimliyimizi bütövləşdirmək, yarımçıq heçliyimizi, gərəksizliyimizi lazımlılarla, imanlılarla tamamlamaqdan ibarətdir. Bəli, bu gün də o haqqın bilinən nöqtələrini bombardıman edən, millətin, xalqın, insanların şərəf və ləyaqətindəki həssaslığı darmadağın edən kəslər, kimliklər, düşüncələr, eynən:
 
1. Nuhun gəmisindən imtina edənlər,  
2. Nuhun gəmisinə doluşanların qisasını Nuhdan alanlar,
3. Nuhun gəmisində qurtulanlarla öz kimliklərini parçalayanlar,
4. İmanı, haqqı qurtuluşa erənlərdə yaşadan, bilinən edən, var edən, məlum edən, o çoxunluğa təlqin etdiyinə görə sitəm edənlərə bu gün də eyni tavrı sərgiləyir, eyni sifəti göstərir, eyni rolu məharətlə və zövqlə oiynamaqdan doymurlar.  Çünki onlar baş verənlərdən dolayı metafizik-tarixi qisasçıldırlar. Çünki onlar qisası həlak olduqlarına görə deyil, həlak olmalarını qurtulanların yaddaşında yaşadıqlarına görə alırlar. Çünki onlar yaddaşlarda yaşamalarını deyil, öz varlıqlarında kimlik qazanmalarını istəyirlər. ( İananlar və ianamayanlar var ya:-x.t.) Yaddaşlarda qisas hissiylə yaşmaq qorxunc fəsadlar yaradır. Onlar bu məzhəkənin fəlsəfəsini deyəsən elə əzəldən mənimsəmiş kəsimlərdir. Ona görə də, belələrinin (insanlıq, özgürlük, cinsəl bərabərlik sloqanları ataraq, fikir bəyan edərək, olmuyan problemləri var kimi göstərmə məharətinə qurşananların:-x.t.)  hər zaman ağzını yummağa dəyər. 
 
Xanəmir Telmanoğlu







Redaktorun seçimi