Ellada Mustafayeva sertifikatla təltif olunub

Hit: 995
Ellada Mustafayeva sertifikatla təltif olunub
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Ellada Mustafayeva Medianın İnkişafı Agentliyi (MEDİA) və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Media və kommunikasiya siyasəti medianın gözü ilə” mövzusunda seminarda iştirak edib. 
 
Proqramın mayın 11-də keçirilmiş bağlanış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, ADA Universitetinin rektoru Hafiz Paşayev və digər məsul şəxslər çıxış ediblər.
 
Bildirilib ki, iki həftə davam edən silsilə seminarlarda yerli və xarici mütəxəssislər media ilə əlaqə, kommunikasiya strategiyalarının səmərəli şəkildə işlənilməsi, ənənəvi və sosial media ilə işə proaktiv yanaşaraq daha keyfiyyətli ictimai məzmunun yaradılması mövzularında təcrübələrini bölüşüb, interaktiv müzakirə sessiyaları keçiriblər.
 
Bağlanış mərasimində çıxış edən E.Mustafayeva dövlət qurumlarının nümayəndələri üçün belə bir təşəbbüsə və yaradılan şəraitə görə təşkilatçılara təşəkkürünü bildirib. 
 
Sonda seminarlarda iştirak edən dövlət qurumlarının müvafiq sahə üzrə rəhbər və məsul əməkdaşlarına sertifikatlar təqdim olunub, xatirə fotosu çəkilib.
 








Redaktorun seçimi