Neftçalanın icra başçısı vətəndaşların problemlərini dinləyib - FOTOLAR

Hit: 1157
Neftçalanın icra başçısı vətəndaşların problemlərini dinləyib - FOTOLAR
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaşların növbəti səyyar qəbulu həyata keçirilib. ⠀
⠀ ⠀⠀⠀
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edib.
 
Boyat kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi çıxış edərək Boyat kəndi İnzibati Ərazi Nümayəndəliyi haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.
 
Çıxış edənlər Azərbaycanın milli- mənəvi dəyərlərindən, tolerantlıqdan, bu istiqamətdə görülən işlər, ailə dəyərləri, işğaldan azad olunan torpaqlarımızda aparılan abadlıq- quruculuq işləri və Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyyələri nəticəsində aparılan yenidən qurma işləri, Sərəncam və Fərmanlar haqqında iştirakçıları məlumatlandırıblar.
 
Görüşdə çıxış edən Neftçala RİH başçısı Mirhəsən Seyidov Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı uğurlu siyasətindən, təhsilə sahəsində qazanılan uğurlardan, təhsil alan gənclər üçün dahada rahat təhsil ocaqlarının inşa edilməsindən, 44 Günlük Vətən müharibəsindəki qələbəmizdən, işğaldan azad olunan torpaqlarımızın Prezident İlham Əliyevin göstərişlərinə əsasən abadlaşmasından və Rayon ərazisində aparılan abadlıq quruculuq işləri, Kür çayının mövcud vəziyyəti haqqında məlumat verib.
 
Səyyar qəbulda əsasən elektrik xətlərinin və güc transformatorların yenilənməsi, kənd əhalisinin məşğulluğunu artırmaq üçün örüş sahələrinin ayrılması,məktəbəqədər təhsil müəssisəsinin olması, kollektor- drenaj kanallarının təmizlənməsi və digər təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.
 
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
 
Məlumat üçün bildiririk ki, Neftçala RİHB-nın səyyar qəbulu Neftçala rayonun qəsəbə və kəndlərini tam əhatə edəcəkdir.
1
1
1
1








Redaktorun seçimi